Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2032/2025 15.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək BDYPİ tərəfindən tərtib edilmiş EQ seriyalı 29325409 nömrəli 17 iyul 2025-ci il tarixli qərarın ləğv edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərardan şikayət verən şəxs X2 və Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq qərardan şikayət verən şəxs və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qərardan şikayət verən şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2032/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2032/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver