Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2039/2023 18.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə. xx xxxx 1989-cu ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumuğu olmayan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayonu, Təzə Alvadı kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masallı rayonu, H.Əliyev prospektində yaşayan Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəhbərlik etdiyi “Dostluq” kafesində əvvələr təmizləyici işləmişdir. xx.xx.2023-cü il tarixdə onun işlədiyi kafedə Qismət adlı şəxsin mobil nömrə statusunda Zərərçəkmiş şəxs özünə məxsus olan mobil nömrəsində “Wahatsaap” statusunda onun ünvanına nalayiq ifadələr paylaşmasını ona göstərmişdir. Həmin tarixdə o, Zərərçəkmiş şəxs Masallı şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı evə Kəmalə adlı qadınla gəlmişdir. Kəmalə Zərərçəkmiş şəxs yaşadığı evinin qapısını döydükdə Zərərçəkmiş şəxs yaşadığı özünə məxsus olan evinin qapısını açmamışdır. Həmin vaxt o, Aytənin evdə olmasını bilərək ondan yaşadığı evinin qapısını açmasını və onun ünvanına “Wahatsaap” statusunda paylaşdığı sözləri silməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evin qapısını açmayaraq polisə məlumat verəcəyini və evin qarşısından “cəhənnəm” olub getməsini bildirmişdir. O, Aytənə şərəfsizlik etməməsini və qapını açmasını xahiş etsəsə o qapını açmamışdır. Daha sonra o həmin ərazidən uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Aytən ilə aralarında sözlə mübahisə baş verməsinə baxmayaraq Aytəni döyməmiş, Aytən onun barəsində qərəzli olaraq şikayətlər etmişdir. Onun heç bir günahı yoxdur və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, O, xx.xx.2023-cü il tarixdən etibarən Rauf adlı şəxsin kafesində iki günlük təmizləyici işləmişdir. Həmin tarixdən Şəxs özünə məxsus olan “Dostluq” kafesində onu tanımadığı şəxslə görüşdürüb həmin şəxsin onunla əxlaqsız hərəkətlər etməsini ona təklif etmişdir. Bu hadisədən sonra o, Raufa məxsus olan “Dostluq” kafesindən uzaqlaşaraq yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masallı şəhəri, H. Əliyev prospekti bina 28-də yaşadığı evdə olduğu vaxtda rəfiqəsi Şahid onun yaşadığı evə qonağ gəlmişdir. Həmin tarixdə Şəxsonun yaşadığı evə Kəmalə adlı qadınla gələrək, Kəmalə adlı şəxsin ona məxsus olan yaşdığı evin qapısını döydüyü vaxtda o, qapını açmışdır. Həmin vaxt Şəxs ona məxsus olan yaşadığı evə daxil olaraq onunla mübahisə edərək, Şəxs məxsus olan “Dostluq” kafesində pul qarşılığında müxtəlif şəxslərlə görüşməsini ona məcbur etmişdir. O, Şəxs ilə razılaşmadığından sonuncu yaşadığı evdə mətbəxdən bıçaq götürərək önu öldürməklə hədələmiş, daha sonra şillə və yumuruq ilə onun baş və sifət nahiyəsinə qəsədən 1-2 dəfə vurmuşdur.Hazırda aralarında barışıq əldə olunmamış və məhkəmədən Rauf barəsində inzibati həbs cəzası verilməsini xahiş etdi. Məhkəmə iclasında şahiq qismində dindirilən Şahid izahatında görünür ki, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, H. Əliyev prospekti bina 28-də yaşayan rəfiqəsi Zərərçəkmiş şəxs yaşadığı evdə qonaq getmişdir. Həmin Aytənlə aralarında söhbət edərkən Kəmalə qapını döyərək bildirmişdir ki, Aytən mənəm Kəmalə yanımda heç kim yoxdur qapını aç” deyə bildirmişdir. Həmin vaxt Aytən qapını açmış bu zaman Kəmalənin arxasında Rauf əlində bıçaqla gələrək evə daxil olmuş və Zərərçəkmiş şəxs ilə mübahisə edərək, əlindəki bıçaq ilə Şəxs Zərərçəkmiş şəxs öldürməklə hədələyərək, şillə və yumuruq ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyəsinə qəsədən 1-2 dəfə vurmuşdur. Həmin vaxt o, onları sakitləşdirməyə çalışsada Şəxs öz hərəkətlərini davam etmişdir. Aaralarında baş vermiş mübahisə nə qədər davam etməsi yadında deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 1033 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol yanaq nahiyəsinin və qarnın ön divarının qançırı, döş qəfəsinin ön yuxarı hissəsinin və sağ və sol bazunun cızıqları müəyyən olundu. Sol yanaq nahiyəsinin və qar;nın ön divarının qançırı bərk küt əşyanın (əşyaların), döş qəfəsinin ön yuxarı hissəsinin və sağ və sol bazunun cızıqları sivri uclu və ya kəsici əşyanın müvafiq nahiyələrinə yüngül təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 25 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. 07 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxsnın əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxsnın Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞin İTB-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnın əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-2039/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2039/2023
18.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver