Məhkəmə qərarları › İş №3(050)-2048/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2048/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2048/2023 20.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar "xxxx"un nümayəndəsi X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Masallı rayonu Kolatan kəndində doğulmuş, Masallı rayonu Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1109 manat əsas borc, 30 manat cərimə, 32.20 manat dövlət rüsumu, cəmi 1171.20 manat pul tutulataq "xxxx" MMC-yə ödənilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-240/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 598 manat əsas borc, 60 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 688 manat pul tutulataq "xxxx" MMC-yə ödənilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-2258/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli, 272179-1- 33209 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 1806.21 manat məbləğində əsas borc, 163.35 manat məbləğində faiz borcu, 9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1978.56 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli, 272179-1-34920 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” üzrə 1957.85 manat məbləğində əsas borc, 174.37 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2142.22 manat məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu tutularaq Bank "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-3580/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 1151.50 manat əsas, 30 manat cərimə, cəmi 1181.50 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 728.50 manat əsas borc, 20 manat cərimə, cəmi 748.50 manat, hər iki müqavilə üzrə cəmi 1930 manat və 43.86 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-3868/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 23 noyabr 2019-cu il tarixli, 01069896 saylı müqaviləyə əsasən, əsas borca görə 464 manat, cərimə borcuna görə 46 manat, cəmi 510 manat və 02 yanvar 2020-ci il tarixli, 20003704 saylı müqaviləyə əsasən, əsas borca görə 927,80 manat, cərimə borcuna görə 92,20 manat, cəmi 1020 manat, habelə dövlət rüsumuna görə 35,30 manat olmaqla, ümumilikdə 1565 (bir min beş yüz altmış beş) manat 30 qəpik məbləğində pul alınaraq “ABC Telecom“ MMC-yə verilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən icra sənədləri üzrə öhdəsinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1109 manat əsas borc, 30 manat cərimə, 32.20 manat dövlət rüsumu, cəmi 1171.20 manat pul tutulataq "xxxx" MMC-yə ödənilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-240/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 598 manat əsas borc, 60 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 688 manat pul tutulataq "xxxx" MMC-yə ödənilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-2258/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli, 272179-1- 33209 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 1806.21 manat məbləğində əsas borc, 163.35 manat məbləğində faiz borcu, 9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1978.56 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli, 272179-1-34920 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” üzrə 1957.85 manat məbləğində əsas borc, 174.37 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2142.22 manat məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu tutularaq Bank "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-3580/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 1151.50 manat əsas, 30 manat cərimə, cəmi 1181.50 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 728.50 manat əsas borc, 20 manat cərimə, cəmi 748.50 manat, hər iki müqavilə üzrə cəmi 1930 manat və 43.86 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-3868/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 23 noyabr 2019-cu il tarixli, 01069896 saylı müqaviləyə əsasən, əsas borca görə 464 manat, cərimə borcuna görə 46 manat, cəmi 510 manat və 02 yanvar 2020-ci il tarixli, 20003704 saylı müqaviləyə əsasən, əsas borca görə 927,80 manat, cərimə borcuna görə 92,20 manat, cəmi 1020 manat, habelə dövlət rüsumuna görə 35,30 manat olmaqla, ümumilikdə 1565 (bir min beş yüz altmış beş) manat 30 qəpik məbləğində pul alınaraq “ABC Telecom“ MMC-yə verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədlərini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, icra sənədlərində qeyd olunan məbləğdə borcu vardır. Belə ki, həmin kreditləri özü götürmüş və müəyyən hissəsini ödəmişdir. Lakin daha sonra işləmək üçün Rusiya Federasiyasına getdiyindən heç bir ödəniş etməmişdir. Bu səbəbdən də barəsində məhkəmə qətnamələri qəbul edilmişdir. Rusiya Federasiyasında olduğundan həmin qətnamələrdən xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə doğma vətənə qayıtmışdır. Hazırda heç bir ödəniş edə bilmir. Lakin ona vaxt veriləcəyi təqdirdə qısa müddət ərzində yaranmış borcunu hissə-hissə olmaqla tam şəkildə ödəyəcəkdir. Belə ki, onu iş yeri Rusiya Federasiyasında olduğundan oraya qayıtmalıdır. Buna görə də borcunu tam şəkildə ödəməlidir ki, Rusiyada yaşaması ilə bağlı sənədlərini düzəldə bilsin. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar ABC Telecomun nümayəndəsi X2 izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən Şəxs ümumilikdə 1565 (bir min beş yüz altmış beş) manat 30 qəpik məbləğində pul alınaraq “ABC Telecom“ MMC-yə verilməsi qət edilmişdir. Lakin borclu borcundan bu günə kimi heç bir ödəniş etməmişdir. Borcludan borcunu ödəməsini tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə isə barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 20 noyabr 2023-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar