Məhkəmə qərarları › İş №3(050)-2048/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2048/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2048/2025 08.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 29 avqust 1968-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 08 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Hacıyev X3 Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli və Masallı Rayon Məhkəməsinin e-2(050)-624/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs borca görə 30000 (otuz min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 30030 (otuz min otuz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Masallı Rayon Məhkəməsinin e- 2(050)-624/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 4043,39 manat əsas, 3047,38 manat faiz, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576,24 manat faiz borcu və dövlət rüsumuna görə 111,63 manat olmaqla, cəmi 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 64 qəpik məbləğində pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə verilməlidir. İcraata başlama haqqında qərar ilə bildiriş borclu Şəxs tərəfindən 03 iyul 2024-cü il tarixdə və 26 aprel 2024-ci il tarixdə qəbul edilmişdir. Borclu icra sənədini icra etməkdən boyun qaçırmış, bununla bağlı Masallı Rayon Məhkəməsinin 8(050)-277/2024 nömrəli 12 sentyabr 2024-cü il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin Masallı Rayon Məhkəməsinin 8(050)-292/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə Şəxs mülkiyyətində olan “RAF 2203” mikroavtobus markalı, **-BA-*** dövlət qeydiyyat nişalı avtomobil üzərnə həbs qoyulmuşdur. Masallı Rayon Məhkəməsinin 8(050)-116/2024 nömrəli 07 aprel 2025-ci il tarixli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə Şəxs mülkiyyətində olan Masallı rayonu Digah kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və üzərində yerləşən 238 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulsa da, həmin əmlaklar bankda girovda olduğundan tələb həmin əmlaklara yönəldilməmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-1690/2024 nömrəli 30 avqust 2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan başqa Masallı Rayon Məhkəməsinin 3(050)- 661/2025 nömrəli 13 mart 2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilmişdir. Borclunun icra sənədləri üzrə cəmi borcu 27908 manat məbləğində təşkil edir, həmin icra sənədi üzrə bu günədək hər-hansı ödəniş etməmişdir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o, avtomobil təmiri sexində usta işləyir. Onun Zərərçəkmiş şəxs borcu yoxdur, tam olaraq ödəmişdir. Banka olan borcundan isə ödəniş etməmişdir. Barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu ona olan borcundan 10000 manat ödəniş etsə də, qalan borcu ödəməkdən yayınır və onu mütəmadi olaraq nalayiq ifadələrlə təhqir edir. Borclunun özünə məxsus avtomobil təmiri servisi olmasına baxmayaraq borcundan ödəniş etmək istəmir. Borclu ona olan borcunu ödəməyəcəyi təqdirdə onun həbs olunmasını istəyir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs borca görə 30000 (otuz min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 30030 (otuz min otuz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. - Masallı Rayon Məhkəməsinin e-2(050)-624/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 4043,39 manat əsas, 3047,38 manat faiz, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576,24 manat faiz borcu və dövlət rüsumuna görə 111,63 manat olmaqla, cəmi 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 64 qəpik məbləğində pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə verilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 03 iyul 2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmış, icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş və borcluya bildirişlə birlikdə 22 avqust 2024-cü il tarixdə təqdim edilmiş, bildirişi borclu öz imzası ilə qəbul etmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 26 aprel 2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin e- 2(050)-624/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmış, icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş və borcluya bildirişlə birlikdə 14 oktyabr 2024-cü il tarixdə təqdim edilmiş, bildirişi borclu öz imzası ilə qəbul etmişdir. - Şəxs 22 avqust 2024-cü il tarixli izahatından görünür ki, 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli və e-2(050)-624/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra sənədləri barədə xəbəri vardır, imkanı olmadığı üçün ödəyə bilmir. 2024-cü ilin sentyabr ayına kimi vaxt istəyir. Bununla əlaqədar əvvəl inzibati, sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Şəxs 14 oktyabr 2024-cü il tarixli izahatından görünür ki, 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli və e-2(050)-624/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra sənədləri barədə xəbəri vardır, imkanı olmadığı üçün ödəyə bilmir. Hər ay 200 manat məbləğində ödəniş edəcəkdir. Bununla əlaqədar əvvəl inzibati, sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Şəxs 13 mart 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli və e-2(050)-624/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra sənədləri barədə xəbəri vardır. Bununla əlaqədar əvvəl inzibati, sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Şəxs 08 sentyabr 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli və e-2(050)-624/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra sənədləri barədə xəbəri vardır, imkanı olmadığı üçün ödəyə bilmir. Bununla əlaqədar əvvəl inzibati, sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-277/2024 nömrəli 12 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, 29 avqust 1968-ci ildə Masallı rayonunda anadan olmuş Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Masallı Rayon Məhkəməsinin 8(050)-292/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə Şəxs mülkiyyətində olan “RAF 2203” mikroavtobus markalı, **-BA-*** dövlət qeydiyyat nişalı avtomobil üzərnə həbs qoyulmuşdur. - Masallı Rayon Məhkəməsinin 3(050)-1690/2024 nömrəli 30 avqust 2024-cü il qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-116/2024 nömrəli 07 aprel 2025-ci il tarixli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə Şəxs mülkiyyətində olan Masallı rayonu Digah kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və üzərində yerləşən 238 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. - Masallı Rayon Məhkəməsinin 3(050)-661/2025 nömrəli 13 mart 2025-ci il qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun hazırda tələbkarlara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, yəni özünün də, bildirdiyi kimi tələbkar Zərərçəkmiş şəxs borcunun olduğunu qəbul etməməsini, elektron məhkəmə sistemində olan məlumatlara əsasən mülkiyyətində əmlakları olmasına, avtomobillər üçün hissəslərin, qovşaqların və ləvazimatların satışı ilə məşğul olaraq vergi ödəyicisi olmasına baxmayaraq icra sənədindəki tələbləri heç bir üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 08 sentyabr 2025-ciil tarixdən, saat 18:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 08 sentyabr 2025-ciil tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar