Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2050/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Masallı şəhəri, M.Hüseyn küçəsi ev 9-da qeydiyyatda olmaqla Masallı şəhəri Qarabağ küçəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasının qarşısında ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, qaynatası DİN-nin 102 xidmətinə zəng vuraraq barəsində şikayət etmişdir. Belə ki, evdə arvadı ilə aralarında yüngül mübahisələri olmuş və arvadı anasına zəng vurub onunla arasında mübahisələri olduğu və onun evdən çıxıb getdiyi barədə bildirmişdir. Anasıda öz növbəsində atasına bu barədə məlumat vermişdir. Qaynatası da DİN-nin 102 xidmətinə zəng vuraraq barəsində şikayət etmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O, isə polis əməkdaşlarına evdə qonaq olduğunu bir saat sonra özü polis şöbəsinə gələcəyini bildirmiş, lakin polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu təkrar dediklərindən oda polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbəyə girdiyi zaman polis əməkdaşı Şahid1 görmüş və ona “mən sizə dedim axı gəlirəm qaçan deyiləm” demiş polis əməkdaşıda gəlməli olduğunu bildirmişdir. Eləcədə qaynatasının hərəkəti ilə bağlı əsəbləşdiyindən ünvansız söyüşlər söymüşdür. Öz yaşayışı ilə, qaynatasının ona qarşı olan hərəkəti ilə bağlı sözlər demişdir. Hətta olanlarla bağlı arvadıda təəccüblənmişdir. Polislər onun hərəkətlərini görmüşlər, lakin o, polis əməkdaşlarına qarşı hər hansı bir qanunsuzluq, hörmətsizlik etməmişdir, etməzdə. Himayəsində üç uşağı vardır. Məhkəmədən barəsində cərimə cəzası tətbiq etməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Şəxs barəsində icraatına daxil olmuş materialla bağlı şəxs polis şöbəsinə dəvət olunmuş, lakin gəlməmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaları onu polis şöbəsinə gətirdikləri zaman şöbənin qarşısında rastlaşmışlar. O, Şəxs nə üçün çağırışlara gəlmədiyini bildirmiş, bu zaman aralarında sözlə mübahisə olmuş və bu zaman Şəxs əsəbləşərək ünvansız söyüşlər söymüşdür. Şəxs ona qarşı heç bir qanunsuzluq etməmiş, polisin heç bir qanuni tələblərini pozmamışdır. Sadəcə küçədə ictimai yerdə söyüş söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Masallı RPŞ-nin Təhqiqat bölməsinə daxil olmuş materialla bağlı təhqiqatçı Şahid1 vətəndaş Şəxs şöbəyə dəvət olunması ilə bağlı onları vətəndaşın yaşadığı ünvana göndərmişdir. Onlarda vətəndaşın ünvanına gedərək onu şöbəyə dəvət etmişlər. Oda onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbəyə çatdıqları zaman şöbənin qarşısında Şahid1 görüb əsəbləşib ünvansız nəlayiq ifadələr işlətmişdir ki, nə üçün onun ünvanına polis əməkdaşlarını göndərmişlər, özü polis şöbəsinə gələcəkmiş. Həmçinin onlar onun ünvanına getdikəri zaman evində qonağı olmuşdur Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Orxan Balakişiyev tərəfindən 06 noyabr 2024-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli 022223 nömrəli protokoldan görünür ki, Şəxs 06 noyabr 2024-cü il tarixdə saat 17:50-də inzibati qaydada tutulmuş, 07 noyabr 2024-cü il tarixdə azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona cərimə cəzası təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2050/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2050/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver