Məhkəmə qərarları › İş №3(050)-207/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-207/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-207/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Protokol tərtib etmiş Masallı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1974-cü ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 01 fevral 2023-cü il tarixdə, saat 23:55 radələrində yaşadığı Masallı rayonu, Həsənli kəndində ünvansız nalayiq söyüşlər söyərək xırda xuluqanlıq etmiş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Masallı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 01 fevral 2023-cü il tarixdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Nüsrət Nüsrətbəyli, İTB-nin təhqiqatçısı, polis baş leytenantı Əli Sadıqov və polis nəfəri X6 ilə birlikdə əməliyyat istintaq qrupunun tərkibində olan zaman saat 23:55-də Masallı rayonu, Həsənli kənd sakini X5 qızının həyat yoldaşı Zahid ilə münaqişə etməsi səbəbindən intihar edəcəyi barədə DİN-nin 102 xidmətinə verdiyi məlumatla əlaqədar həmin ünvana getmişlər. Məlumatla əlaqədar X3 izahatı alınarkən Şəxs arvadı Aytəkinin ondan şikayət etməsini bilib nalayiq söyüşlərlə sonuncunun ünvanına uca səslə söyməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qanunsuz əməllərinə davam etmişdir. Daha sonra onlar Şəxs RPŞ-nə dəvət etmişlər. RPŞ-də sonuncu alkotester müayinəsindən keçirilən zaman içki qəbul etdiyi müəyyən olmuşdur. Bundan sonra Şəxs barəsində sözü gedən protokollar tərtib olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, arvadı X3 DİN-nin 102 xidmətinə etdiyi şikayətlə əlaqədar Masallı RPŞ-nin əməkdaşları 01 fevral 2023-cü il tarixdə onların yaşadığı Masallı rayonu, Həsənli kəndindəki evə gəlmişlər. Həmin vaxt o, arvadı Aytəkinin ondan şikayət etməsini bilib sərxoş olduğu üçün əsəbləşərək nalayiq söyüşlərlə sonuncunun ünvanına uca səslə söyməyə başlamışdır. Həmin vaxt orada olan polis əməkdaşları onu intizama dəvət etsə də, onların qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Hazırda etdiyi əməldən cox peşmandır. İlk dəfə inzibati xəta törətməsini və 1-ci qurup əlil olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə olunmuş 02 fevral 2023-cü il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, 02 fevral 2023-cü il tarixdə Şəxs barəsində İXMnin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. İşə əlavə olunmuş 02 fevral 2023-cü il tarixli AZA 019347 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 fevral 2023-cü il tarixdə saat 02:00-da tutulmuşdur. İşə əlavə olunmuş 024221 saylı vəsiqənin surətində görünür ki, Şəxs 1-ci qurup əlildir. İşə əlavə olunmuş 02 fevral 2023-cü il tarixli sərxoşluq vəziyyətinin yoxlanılması qəbzindən görünür ki, Şəxs 02 fevral 2023-cü il tarixdə sərxoş vəziyətdə olmuşdur. (alkoqolun miqdarı 4.177%) Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərər alır. Onun inzibati xətanı sərxoş halda törətməsi isə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona təyin ediləcək cərimə tənbehi zamanı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 114, 117 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar