Məhkəmə qərarları › İş №3(050)-2072/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2072/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2072/2025 10.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Astara rayonu, Şümrüd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Astara rayonu Şümrüd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokollara və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, Heydər Əliyev prospektində sərxoş vəziyyətdə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində X2 üzvləri Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Şahid2, İTB-nin polis sahə rəisi Əliməddin Qasımov, CAB-nın əməliyyat müvəkkili Tərlan Məmmədli və sürücü polis nəfəri Həsən Sultanov ilə birlikdə Masallı rayonu Banbaşı kəndindən 102 çağırışından RPŞyə gələrkən, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Fantaziya” banket zalının həyətində küçədə ictimai yerdə təxminən 5-7 nəfər şəxsin mübahisə etdiklərini, yol hərəkət hissəsində olduqlarını və hərəkətə maneçilik yaratdıqlarını görüb xidməti maşını saxlamış, həmin şəxslər yaxınlaşarkən, həmin şəxslərdən bir qismi oradan uzaqlaşmışdır. Lakin, orada qalan 3 nəfər şəxs avtopatrul tərəfindən aparılan 2 nəfər şəxsin geri qaytarılmasını tələb etməklə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Polis əməkdaşları xidməti avtomobildən yerə düşdükdə həmin şəxslərdən bir neçəsi qohumlarını aparan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, daha sonra xidməti avtomobilin qarşısını kəsərək, ünvanına nalayiq ifadələr işlətmişlər. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət edərək yolun hərəkət zolağından çəkilmələrini və maneçilik yaratmamalarıni, polisin qanuni tələblərini dəfələrlə pozmamağı tələb etsələr də, onlar qəsdən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq sərxoş vəziyyətdə öz hərəkətlərini 5-10 dəqiqə davam etdirmişlər. Daha sonra yaxınlıqda olan polis əməkdaşları köməyə çağırılmış, bir müddət sonra PPXB-nin əməkdaşlarının köməkliyi ilə sonradan adları məlum olan Astara rayon sakini Şəxs, Lerik rayon sakinləri X4 və X3 avtopatrula mindirilərək Masallı RPŞ-yə aparılmış, raportla şöbə rəisinə məruzə edilmişdir. Bundan sonra hər birinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Astara rayonu, Şümrüd kəndində qeydiyyatda olmasına baxmayaraq, ailəsi ilə birlikdə Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində yerləşən fermada işləməklə orada yaşayır. xx.xx.2025-ci il tarixdə tanışları ilə birlikdə Masallı şəhərində yerləşən “fantaziya” banket zalında oturub spirtli içki qəbul etmişdir. Saat 20:30-radələrinə banket zalını qarşısında küçədə tanışları ilə bir neçə şəxs arasında mübahisə yarandığını görüb onların yanına getmiş, həmin şəxslər polis əməkdaşları tərəfindən aparılan iki nəfər qohumlarının geri gətirilmələrini tələb etməklə ünvansız söyüşlər söydüyünü görmüş, mübahisə qoşulsa da, lakin sərxoş olduğundan baş verən hadisələri, özünün də nalayiq sözlər işlədib-işlətmədiyini xatırlamır. Sonda E.C.Vəliyev əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə əməliyyat İsitintaq Qrupunun üzvü olmaqla Masallı rayonu Banbaşı kəndindən 102 çağırışından RPŞ-nə gələrkən, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Fantaziya” banket zalının həyətində küçədə ictmai yerdə təxminən 5-7 nəfər şəxsin mübahisə etdiklərini, yolun hərəkət hissəsində olduqlarını və hərəkətə maneçilik yaratdıqlarını görmüşlər. Xidməti maşını saxlamış, digər polis əməkdaşları ilə birlikdə həmin şəxslərə yaxınlaşarkən onlardan bir neçəsi hadisə yerindən uzaqlaşmışdır. Lakin, orada qalan sonradan adlarını bildiyi Astara rayon sakini Şəxs, Lerik rayon sakinləri X4 və X1 vəziyyətdə avtopatrul tərəfindən aparılan 2 nəfər şəxsin geri qaytarılmasını tələb etməklə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamış, xidməti avtomobilin qarşısını kəsərək ünvanlarına nalayiq ifadələr işlətmişlər. Həmin şəxsləri nizam-intizama dəvət edərək yolun hərəkət zolağından çəkilmələrini və maneçilik yaratmamalarıni, polisin qanuni tələblərini dəfələrlə pozmamağı tələb etsələr də, onlar qəsdən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq sərxoş vəziyyətdə öz hərəkətlərini 5-10 dəqiqə davam etdirmişlər. Daha sonra köməyə çağırılmış yaxınlıqda olan polis əməkdaşlarının köməkliyi ilə həmin şəxslər xidməti avtomaşına mindirilərək Masallı RPŞ-yə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, Heydər Əliyev prospektində sərxoş vəziyyətdə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Alcolvisor-Az17 markalı 642248 seriyalı alkoltestin xx.xx.2025-ci il tarixli nəticəsindən görünür ki, Şəxs müayinəsi zamanı onun bədənində 4,177% promildə alkoqolun miqdarı aşkar olunmuş, o, “alkoqol sərxoşluğunda olmuşdur. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 sentyabr 2025-ci il tarixdə saat 00:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmənin mövqeyi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin və şahidin izahatı, alkoltest müayinəsinin nəticəsi, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs sərxoş halda kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmiş, lakin polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə aparılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, törətdiyi inzibati xətaya görə səmimi peşmaçılığını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:50-də tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Astara rayon İcra şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar