Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2073/2023 08.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ünvan 1i ünvanı olan (VÖEN **********) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 04 noyabr 2023-cü il tarixli, EP ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN **********) 17609.04 ABŞ dolları məbləğində olan vəsaiti 20 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 17609.04 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal edilməmiş və valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 21 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununlada Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs MMC-nin direktorudur. Şəxs MMC Çində fəaliyyət göstərən “Garant Group” Limited şirkəti arasında ticari əlaqəlarə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Şəxs MMC tərəfindən “Garant Group” Limited şirkətinin hesabına xx.xx.2021-ci il tarixdə 17609.04 ABŞ dolları məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə ödənişlə bağlı sənədlər banka təqdim edilmişdir. Odur ki, hazırda inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 23 oktyabr 2023-cü il tarixli, 13002-01/67 nömrəli məktubdan və əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsasən Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2021ci il tarixində xaricə 17609.04 ABŞ dolları məbləğində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədləri təqdim etməmişdir. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 04 dekabr 2023-cü il tarixli, 7892 nömrəli məktubdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixində "Garant Group Limited" şirkətinin xeyrinə aparılmış 17609,04 USD (on yeddi min altı yüz doqquz ABŞ dolları dörd sent) avans ödənişi xx.xx.2023-cü il tarixində təqdim edilmiş **********1511 (invoys dəyəri 17600 USD) saylı gömrük bəyannaməsi ilə bağlanılmışdır. Avans ödənişi üzrə qalıq 9,04 USD (doqquz ABŞ dolları dörd sent) təşkil edir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron baza məlumatlarından çıxarışdan görünür ki, kommersiya qurumu olan Şəxs MMC-nin (VÖEN **********) qanuni təmsilçisi Nümayəndədur. Beləliklə, iş materilları ilə müəyyən olunur ki, Şəxs MMC (VÖEN **********) 17609.04 ABŞ dolları məbləğində xarici valyuta olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 20 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin köçürməyə əsasən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. Şəxs MMC-nin inzibati xəta üzrə təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini qanuna uyğun hesab edir. İnzibati cərimənin məbləği inzibati xətanın bilavasitə obyekti olmuş 20761.92 17609.04 (on yeddi min altı yüz doqquz, dörd) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində, yəni 3521.80 (üç min beş yüz iyirmi bir, səksən) ABŞ dolları məbləğində olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım:
1. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 17609.04 (on yeddi min altı yüz doqquz, dörd) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində, yəni 3521.80 (üç min beş yüz iyirmi bir, səksən) ABŞ dolları (ödəmə günü məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilsin.
2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın
3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov