Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2073/2024 15.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-cü ildə Masallı rayonu Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşamçağı işdən evə gəlmişdir. Həmin vaxt o, spirtli içki olan pivə içmişdir. Evə gəldikdən sonra spirtli içki içməsi ilə əlaqədar arvadı ilə aralarında mübahisə olmuş, arvadı onun spirtli içki içməsindən narazılığını bildirmişdir. Mübahisələri aldığı ördəklə bağlı olmuşdur. Belə ki, həmin ördəklərdən biri qonşunun həyətinə keçərək itdiyi üçün arvadı onunla deyişmişdir ki, nə üçün ördək almışdır. Aralarında olan söz-söhbət zaman arvadı ilə qarşılıqlı bir-birilərini itələmişlər. Daha sonra qardaşı gəlib arvadını ilk öncə öz evinə aparmış, ordanda atası evinə aparmışdır. O, arvadı Fərqiyyəni döyməmişdir, onu vurmamışdır. Səhv etmişdir, ondan üzr istəyir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, qaynı bir gün öncə gəlib uşaqlarını qaynanasının ad gününə aparmış, onada getməyi təklif etmiş, lakin o, imtina etmiş, çünki əridə evdə olmuşdur. O, əri ilə evdə qalmışdır. Bir qədər sonra əri dostlarına zəng vuraraq dostları ilə görüşməyə getmiş, o, evdə tək qalmışdır. Saat təxminən 23 radələrində əri içkili vəziyyətdə evə gəlmişdir. Bir il olardıki əri spirtli içki içdiyi üçün atası evində olmuşdur. Lakin əri ondan evə qayıtmasını xahiş etmiş oda ərinə əgər spirtli içki içəcəksə evə qayıtmayacaq bildirmişdir. Əri isə spirtli içki içməyəcəyinə söz verdiyi üçün geri qayıtmışdır. Lakin sonradan əri yenidən spirtli içki qəbul etməyə başlamışdır. Bir müddət öncə əri ördək alıb gətirmişdir. Aldığı ördəklər qonşunun ördəkləri ilə oxşar olduğu üçün o, ördəkləri seçə bilməmiş və hər dəfə ördəklər qonşunun həyətinə getdikləri zaman əri gedib ördəkləri gətirmişdir. Sonuncu dəfə ördəklər qonşunun həyətinə getdikləri zaman o, ördəyi seçə bilmədiyi üçün gətirə bilməmişdir. Axşamçağı əri yenidən içkili vəziyyətdə evə gəlmişdir. Bu zaman aralarında həm toyuqlara dən almaması, həm ördəkləri niyə aldığı və həmdə yenidən evə içkili gəlməsi ilə bağlı mübahisə olmuşdur. Mübahisə zamanı Elşən nalayiq ifadələrlə onu və valideynlərini təhqir etmişdir. Mübahisə zaman əri Elşən onu əli ilə vuraraq xəsarət yetirmişdir. Vurduğu yerlər göyərmişdir. Barışmamışdır. Məhkəmədən qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 964 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Nurlan Hüseynov tərəfindən 15 noyabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2073/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2073/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver