Məhkəmə qərarları › İş №3(050)-2076/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2076/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2076/2024 23.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, X1nun iştirakları ilə, X3 Şirvan şəhər Polis Şöbəsinin TP ******* nömrəli inzibati xəta hqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 məhkəməyə müraciət edərək Şirvan şəhər Polis Şöbəsinin TP ******* nömrəli inzibati xəta hqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan X7 arvadı X2 məxsus ** ZX *** dövlət qeydiyyat nişanlı, OPEL ASTRA minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cu il tarixdə, saat 11:45 radələrində Salyan-Şirvan yolunun Şirvan şəhəri istiqamətində hərəkət edərkən Şirvan şəhəri Yol Patrul Xidməti baş inspektoru baş leytenant X8 tərəfindən saxla əmrinə tabe olaraq saxlanılmışdır. İnspektor X.Bəşirli özünü təqdim edərək ona nəqliyyat vasitəsinin arxa əyləc işıqlarının işləmədiyini bildirmişdir. Ona dərhal etiraz edərək əyləc pedalını sıxaraq arxa əyləc işıqlarının yandığını sübut etmişdir. Daha sonra polis əməkdaşı yaxşı deyib, yüksək sürətlə hərəkət etdiyini bildirmişdir. Onun faktiki sürətini necə ölçməsi bərədə ondan soruşmuş, o cümlədən xüsusi texniki vasitənin olub-olmamasını ondan soruşduqda, xidməti avtomobilinin İPATRUL olmadığnı bildirmişdir. (Əlavə edir ki, sərt döngəli yolda, bələd olmadığı yol olmuş, surəti 50 km/s belə olmazdı, surət həddi 60 km/s olmuşdur). Daha sonra “buna da yaxşı, bilirsən də ötmə manevrini düzgün etmədiyimi” bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Bunun düzgün olmadığını bildirmiş, xəta ilə razılamamışdır və qərarı imzalamamışdır. O isə qərarlı statusunda İXP ******* saylı protokola əsasən, TP6853492 saylı inzibati tənbehetmə haqqında qərar qəbul edilmişdir. Hadisənin baş verməsi forması qarşısında VAZ 2106 markalı minik avtomobili hərəkət etmişdir. Nəqliyyat vasitəsinin həm xarici görünüşü, həm arxa hissədən çıxan qalın qatı duman buraxması, o cümlədən mühərrikə ani qazlanmalar verməsi texniki cəhətdən nasaz olması fikrini yaratmışdır. Demək olar ki, bir kilometrə yaxın məsafəni onun arxa hissəsi ilə hərəkət etmişdir. Nəqliyyat vasitəsinin surəti getdikcə yavaşlamışdır, həmin anda onun surəti 20 km/s saata qədər enmişdir. Avtomobilin sağ hissəsindən çoxu demək olar ki, yolda deyil. (Faktiki olaraq avtomobilin sağ 2 şini torpaq yolda olmuş). O nə tam asfalt yola çıxır, nədəki yolun ehtiyat hissəsinə torpaq hissəyə çıxırmışdır. Avtomobilin surəti daha da yavaşlamış, sürücü avtomobili daha da yolun sağ kənarına sıxmış, sadəcə sol 2 təkər asfalt yol üzərində olmuşdur. O da dönmə işıqlarını qoşaraq yolun əks istiqamətinə çıxmadan (qeyd edim ki, avtomobilimin şinləri heç nişənlanma xəttinə belə dəymirdi, təsəvvür edin ki, VAZ2106-nın çox o qədər çox yol kənarına çıxmışdı) hərəkətini davam etdirmişdir. Bu manevrdən 700 metr sonra Yol Patrul Xidməti inspektoru bütün bu halların heç birini görmədən, ona heç bir sübut təqdim etmədən, o, razılaşmadığı halda İXP ******* saylı protokol üzrə TP6853492 saylı inzibati tənbehetmə haqqında qərar qəbul etmişdir. Yol Patrul Xidməti inspektorunun hadisəni ətraflı müşahidə etməsi qeyri-mümkün olmuşdur. Onun manevrindən bu qədər sonra yolun sağa dönməsi, ağacların olmasına baxmayaraq inspektor hadisəni ətraflı gördüyünü iddia edir. İnzibati Xətalar Məcəlləsinin 327 maddəsini bütöv sadalayıb, sübut edə bilmədikdə, İXM 327.2 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə maddəsi ilə təqsirli bilərək qərar qəbul etmişdir. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şirvan şəhərinə övladının yanına getmişdir. Yolun neçənci kilometrliyində olduğunu xatırlamır. Qarşıdan gələn yol polisi avtomobilindən ona işıq siqnalı ilə dayanma-durma işarəsi verilmiş, oda avtomobilini yolun kənarına çəkərək saxlamışdır. Polis serjantı polis maşınından düşərək ona yaxınlaşmış və özünü təqdim etdim edərək ona avtomobilin arxa işıq cihazlarının yanmadığını bildirmişdir. O, isə avtomobilin arxa işıq cihazlarının işlək vəziyyətdə olduğunu bildirmiş və polis əməkdaşına siz qarşıdan hərəkət edirdiz arxa işıqların yanıb-yanmadığını haradan gördünüz, istəyirsiz əyləci basım baxın görün arxa işıqlar yanır ya yanmır deyə bildirmişdir. Polis əməkdaşı ehtiyac olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı ona avtomoşını sürət həddini aşmaqla idarə etdiyini bildirmişdir. O, isə polis əməkdaşına hərəkətdə olduğu yolda sürət həddinin saatda 60 km olduğunun və onunda 60 km sürətlə avtomobili idarə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşı ona ötmə əməliyyatını düzgün aparmadığını, ötmə əməliyyatı apardığını bildirmişdir. O, isə bildirmişdir ki, yol kənarında bir ədəd maşın nasaz vəziyyətdə olan avtomobil yola çıxmış, oda 60 km sürətlə öz yolu ilə davam etmişdir. Bundan sonra polis əməkdaşı ondan sənədlərini alıb polis maşınında olan digər əməkdaşa vermişdir. Həmin polis əməkdaşıda ona ötmə əməliyyatını düzgün aparmadığı səbəbilə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və ona 100 manat məbləğində cərimə olunduğunu və 3 bal yazıldığını bildirmişdir. O, isə polis əməkdaşlarına öz etirazını bildirmişdir ki, o, sürət həddini aşmamış və ötmə əməliyyatı etməmişdir. Bu səbəbdən aralarında mübahisə olmuşdur. Etirazlarına baxmayaraq qərar qəbul olunmuşdur. O, sənədləri imzalamaqdan imtina etmiş və imzalamamışdır, polis əməkdaşlarından görüntüləri tələb etmiş, lakin polis əməkdaşları görüntüləri ona verməmişlər. Sonda E.Museyibov barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş Şirvan şəhər Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materialında əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Şirvan şəhər Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X8 tərəfindən X6 barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən Elşən Museyibov Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətan törətdiyinə görə 100 manat inzibati qaydada cərimə edilmişdir. İnzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntünün, digər iş materiallarının, o cümlədən inzibati protokola baxılması ilə bağlı X4 göndərilmiş poçt sənədinin təsdiqlənmiş surətlərini Masallı Rayon Məhkəməsinə təqdim edilməsi barədə Şirvan şəhər Polis Şöbəsinə sorğu ünvanlanmış, lakin inzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntü və digər materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. 105.1.maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: 342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, İXM-nin 342.1.3-cü maddəsinin nəzərdə tutulmuş “dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması” ifadəsi dövlət qeydiyyat nişanın istismarı qaydalarının pozulması ilə bağlıdır. Mümkündür ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarından biri bərpası mümkün olmayan yerdə düşsün. Məsələn, gecə vaxtı ucqar bir yolda. Belə vəziyyətdə həmin hadisəyə görə şəxsin əməli təqsir ilə əhatə oluna bilməz. Çünki, baş vermiş hadisədə qeyd edildiyi kimi onun təqsiri yoxdur və həmin halın həmin vaxt onun aradan qaldırılması mümkünsüz ola bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar