Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2081/2024 18.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Sarıcəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Masallı rayonu Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sarıcəfərli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2024cü il tarixdə saat 14:50 radələrində Masallı RPŞ-nin inzibati binasının qarşısındakı giriş qapısında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 18 noyabr 2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:50-də Şəxs şöbənin inzibati binasının giriş qapısından içəri daxil olmaq istəyərkən polis əməkdaşları onu saxlamışdılar. O, hazırda şöbədə izahatı alınan Yusif Həsənovun qardaşı olduğunu və şöbəyə qardaşının nə səbəbə çağırılmasını soruşmuş, polis əməkdaşları Masallı rayon Təklə kənd sakini Hafiz Kazımovun müraciəti əsasında qardaşı Y.Həsənovun çağırılması barədə məlumat verilmişdir. Bu zaman Şəxs əsəbi və aqressiv vəziyyətdə şöbənin giriş qapısının qarşısında uca səslə ünvansız nalayiq ifadələr işlətməyə və qardaşının əsassız yerə şöbəyə çağırıldığını bildirmişdir. Polis əməkdaşları Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati məsuliyyət olmasını bildirərək onu bir neçə dəfə nizam-intizam dəvət edərək qanunsuz hərəkətlərinə son qoyması barədə xəbrədarlıq etmişlər. Lakin, Şəxs həmin vaxt əsəbi vəziyyətdə olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və öz hüquqazidd hərəkətlərini bir müddət davam etdirmişdir. Buna baxmayaraq, polis əməkdaşları Şəxs şöbəyə dəvət etmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 18 noyabr 2024-cü il tarixdə qardaşı Yusif Həsənovun 2600 manat borc pulla əlaqədar barəsində olunan şikayətlə əlaqədar Masallı RPŞ-yə çağırılmışdır. Saat 14:50 radələrində qardaşının şöbəyə çağırılma səbəbini dəqiqləşdirmək üçün Masallı RPŞ-nin inzibati binasının girş qapısına yaxınlaşmış, orada olan üç nəfər polis əməkdaşlarına yaxınlaşaraq qardaşının çağırılma səbəbini öyrənmək istədikdə həmin polis əməkdaşlarından biri ona qardaşı Yusif barəsində Masallı RPŞ-yə müraciət daxil olduğunu, bu səbəbdən şöbəyə dəvət edildiyini bildirmişdir. Özündən asılı olmayaraq əsəbiləşərək Masallı RPŞ-nin inzibati binasının giriş qapısının qarşısında ünvansız söyüşlər söyməklə, qardaşından şikayət etmiş şəxsdən gileylənmiş, bu vaxt polis əməkdaşları ona yaxınlaşaraq inzibati binanın qarşısında söyüş söyməsinin ictimai qaydanın pozulmasına səbəb olduğunu bildirib onu nizam-intizam dəvət etmişlər. Bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. O da buna etiraz etməmiş, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Bir daha belə səhvə yol verməyəcəyinə söz verdiyini nəzərə alaraq barəsində ədaləTli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:50-də şöbənin inzibati binasının növbətçi hissəsinin qarşısında bir nəfər şəxs ona yaxınlaşmış, özünün hazırda şöbədə olan Yusif Həsənovun qardaşı Şəxs olduğunu və şöbəyə qardaşının nə səbəbə çağırılmasını soruşmuşdur. O, Şəxs Masallı rayon Təklə kənd sakini Hafiz Kazımovun müraciəti əsasında qardaşı Yusif Həsənovun çağırılması barədə məlumat vermişdir. Bu zaman Şəxs əsəbi və aqressiv vəziyyətdə şöbənin giriş qapısının qarşısında uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamış, qardaşının əsassız yerə şöbəyə çağırıldığını bildirmişdir. Onun birlikdə olan polis əməkdaşları Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati məsuliyyət olmasını bildirərək onu bir neçə dəfə nizam-intizam dəvət edərək qanunsuz hərəkətlərinə son qoyması barədə xəbrədarlıq etmişlər. Lakin, Şəxs həmin vaxt əsəbi vəziyyətdə olduğu üçün onların qanuni tələblərinə qəsdən tabe olmamış və öz hüquqazidd hərəkətlərini bir müddət davam etdirmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında izahatları alınmış şahidlərin hər ikisi Şəxs Masallı RPŞ-nin İnzibati binasının qarşısında ünvansız söyüşlər söydüyünü bildirmiş, polis Şəxs nizam-intizama dəvət etdikdə, sonuncu heç bir real etiraz hərəkətləri etməmişdir. Məhkəmə belə vəziyyətdə Şəxs əməlini polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi kimi qiymətləndirmir. Belə ki, o, polis şöbəsinin inzibati binasının qarşısında qardaşı Yusif Həsənovun borc pulla bağlı əsassız çağrıldığını, eyni zamanda ondan şikayət edən şəxsə qarşı əsəbləşərək ünvansız söyüşlər söydüyünü bildirmiş, lakin polisin qanuni tələblərinə ona irad bildirildikdən sonra riayət etdiyini qeyd etmişdir. Göründüyü kimi, polis əməkdaşları ona söyüş söyməməyi tələb etdikdən sonra onların tələblərinə tabe olaraq öz qanunsuz hərəkətlərini davam etdirməmişdir. Bütün bu hallar göstərir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri yaranmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Həsənov X3 RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının, eləcə də ətrafda olan vətəndaşların gözü qarşısında onların eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Şəxs özü izahatında polis əməkdaşlarının və ətrafda olan vətəndaşların eşidəcəyi tərzdə uca səslə nalayiq sözlər işlətdiyini etiraf etmiş, həmin vaxt polis əməkdaşları da qeyd edilən hadisənin şahidi olduqlarını məhkəmədə izahat verərkən təsdiq etmişdilər. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Məhkəmə Şəxsın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini, hal-hazırda məktəbdə müəllim kimi fəaliyyət göstərməsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərarın icrası Masal rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-2081/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2081/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver