Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2095/2024 20.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 20 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Masallı Rayon Polis Şöbəsinin sahə rəisləri Şahid1 və Şahid2, İTB-nin sahənin polis nəfərləri polis baş serjantı Şahid4 və polis serjantı Şahid3 ilə birlikdə icraatında olan, vətəndaş Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə etdiyi müraciətləri ilə bağlı ərizə və izahatının alınmasından ötrü Masallı rayonu, Qızılağac kəndinə getmişlər. Kəndə gedən yolun mərkəzi küçəsində Şəxsla qarşılaşmışlar, özlərini təqdim edib ona etdiyi müraciətlərlə bağlı ərizə və izahat vermək hüququnun olmasını bildirmişlər. Bundan sonra Şəxs heç bir səbəb olmadan uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Onlar ona küçədə ünvansız nalayiq ifadələr işlətməyə son verməsini və əməlinin inzibati xəta olduğunu izah etmişlər. Lakin o, öz qanunsuz hərəkətlərini davam etdirərək uca səslə onun yanından uzaqlaşmalarını tələb edib polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsi RPŞ-yə gətirmiş, raportla Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət edilmişdir. Raport icraata daxil olduqdan sonra nəzərdən keçirilərək, vətəndaşın əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Əlavə olaraq bildirir ki, Şəxs spirtli içki aludəçisidir. Mütəmadi spirtli içki qəbul edərək, Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək Masallı Rayon Polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla bağlı bir neçə dəfə Masallı Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman içkili olmuşdur və hadisəni xatırlamır. Polis əməkdaşları tabesizlik göstərdiyini bildirirlərsə, haqlıdırlar. Onlar yalan söyləməzlər. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Əməlindən peşmandır, bir daha belə səhvlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis X2 bölməsi polis sahə rəisi Şahid1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şahid2, İTB-nin sahənin polis nəfərləri polis baş serjantı Şahid4 və polis serjantı Şahid3 ilə birlikdə icraatında olan, vətəndaş Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə etdiyi müraciətləri ilə bağlı ərizə və izahatının alınmasından ötrü Masallı rayon Qızılağac kəndinə getmişlər. Kəndə gedən yolun mərkəzi küçəsində Şəxsla qarşılaşaraq özlərini təqdim edib ona etdiyi müraciətlərlə bağlı ərizə və izahat vermək hüququnun olmasını bildirmişlər. O, içkili vəziyyətdə heç bir səbəb olmadan uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar ona küçədə ünvansız nalayiq ifadələr işlətməyə son verməsini və əməlinin inzibati xəta olduğunu izah etmişlər. Lakin o, qanunsuz hərəkətlərini davam etdirərək uca səslə onun yanından uzaqlaşmalarını tələb edib, polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini təxminən 30 dəqiqə davam etdirmişdir. Bundan sonra həmin şəxsi Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis X2 bölməsi polis sahə rəisi Şahid2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Emil Cavadov, İTB-nin sahənin polis nəfərləri polis baş serjantı Şahid4 və polis serjantı Şahid3 ilə birlikdə sahə rəisi Emil Cavadovun icraatında olan, vətəndaş Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə etdiyi müraciətləri ilə bağlı ərizə və izahatının alınmasından ötrü Masallı rayonu, Qızılağac kəndinə getmişlər. Kəndə gedən yolun mərkəzi küçəsində Şəxsla qarşılaşıb, özlərini təqdim edib ona etdiyi müraciətlərlə bağlı ərizə və izahat vermək hüququnun olmasını bildirmişlər. Bundan sonra Şəxs heç bir səbəb olmadan uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başladı. Onlar ona küçədə ünvansız nalayiq ifadələr işlətməyə son verməsini və əməlinin inzibati xəta olduğunu izah etmişlər. Lakin o, öz qanunsuz hərəkətlərinə davam edərək, uca səslə onların onun yanından uzaqlaşmalarını tələb edib polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Vətəndaş öz hərəkətlərinə davam etdiyindən barəsində aidiyyatı üzrə qanuni tədbir görülməsindən ötrü polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İTB-nin sahənin polis nəfərləri polis baş serjantı Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu izahat verərək, həmin xüsusatları təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün etirafı və şahidlərin izahatları, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 19 noyabr 2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 noyabr 2024cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsindən əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 1,518% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. İşdə olan Şəxs təqsiri inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməyərək, Masallı Rayon Polis Şöbəsinə getməkdən imtina etmiş, lakin polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə aparılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsi əməlində məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 19 noyabr 2024-cü il tarixdən saat 21:00-dan hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 19 noyabr 2024-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-2095/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2095/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver