Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2099/2025 29.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1992-ci ildə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 15 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Park Bulvar” restoranında şüşə və boşqabları sındıraraq sonuncuya 211 manat ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi yarandığından Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Bəhmən Əsgərli tərəfindən 25 avqust 2025-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs məxsus “Park Bulvar” restoranında 1 ay xadimə vəzifəsində çalışmışdır. Lakin Balasət ona işlədiyi üçün hər gün 25 manat verməli olsa da, pulunu verməmişdir. 15 avqust 2025-ci il tarixdə həmin restorana gedərək orada yemək yeyib spirtli içki qəbul etmiş və Balasətdən 10 manat pul istəmişdir. Balasət onunla mübahisə edərək pul verməyəcəyini bildirdiyi üçün əsəbləşərək qapının üzərində olan şüşəni sındırmışdır. Lakin o, şüşə qabları sındırmamışdır. Hazırda həmin şüşəni də, yerinə bərpa etmişdir. Əməlindən peşmançılığını, işləməməsini və 12 yaşında uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Masallı rayon Polis şöbəsinə və Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq Masallı rayon Polis şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 15 avqust 2025-ci il tarixdə saat 22 radələrindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan “Park Bulvar” restoranında olan 20 ədəd boşqabı, 6 ədəd pivə şüşəsini və qapısının üzərində olan şüşəni sındıraraq yararsız hala salması nəticəsində sonuncuya 211 (iki yüz on bir) manat ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilmişdir. - "xxxx" MMC-nin 25 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 20 ədəd çini boşqab dəstinin 1 ədədinin qiyməti 6 manat olmaqla cəmi qiyməti 120 manat, 6 ədəd pivə bakalının 1 ədədinin qiyməti 6 manat olmaqla cəmi qiyməti 36 manat, bir ədəd alüminium qapının üzərində olan 1 ədəd 80x40 sm ölçüdə üst şüşənin bərpa dəyəri 55 manatdır. Təqdim olunmuş əşyaların bərpa və bazar dəyəri 211 müəyyənləşdi. Aparılmış qiymətləndirmənin dəyəri 30 manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1.1-ci maddəsinə əsasən bu inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən bu özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, işsiz olduğunu, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. İnzibati xətalar haqqında iş üzrə 30 (otuz) manat məsrəf Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBANAZ11BRES**********1252 170701) ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 211 (iki yüz on bir) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati xətalar haqqında iş üzrə 30 (otuz) manat məsrəf Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBANAZ11BRES**********1252 170701) ödənilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2099/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2099/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver