Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2101/2023 08.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx xxxx 1970-ci ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 14 noyabr 2023-cü il tarixdə Masallı rayonu Qarğalıq kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki ov silahını gəzdirmək qaydasını pozmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in polis kapitanı Ramil Zeynalov tərəfindən 21 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, qeyd edilən ov silahı babasından ona yadigar qalmışdır. Nə babası, nə də o silaha dair heç bir sənəd almamışdır. Belə ki, həmin gün özünə məxsus traktorla Masallı rayonu, Qızılağac kəndinə camışlara nəzarət etmək üçün gedərkən traktorda olan maket quşlar yerə düşmüşdür. Bu zaman traktoru Qarğalıq kəndi ərazisində saxlammış və maketləri götürmək üçün düşmüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və traktorda sənədsiz ov tüfənginin olmasını aşkar etmişlər. Etdiyi əməldən peşmandır. İşdə olan DİN-in Masallı RPŞ-in İTB-in polis kapitanı Ramil Zeynalov tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə Masallı rayonu Qarğalıq kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki ov silahını gəzdirmək qaydasını pozmuşdur. İşdə olan Masallı RPŞ-nın TB-nin təhqiqatçısı polis mayoru Zaur Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, araşdırma zamanı xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Masallı RPŞ-nın İTB-nin əməkdaşları Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan və yaşayan Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmayan yivsiz, 16 kalibirli, İJ 16 markalı, N19681 nömrəli, tək lüləli 1951-ci il istehsalı ov silahı Masallı rayonu, Qarğalıq kənd ərazisində aşkar olunaraq götürülmüşdür. İşdə olan Masallı RPŞ-nın TB-nin təhqiqatçısı, polis kapitanı Bəhmən Əsgərli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxsn əməlində Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsinin (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) tərkibi olduğu üçün, barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 16 kalibirli, İJ 16 markalı, N19681 nömrəli, tək lüləli 1951-ci il istehsalı ov silahı saxlanılmasından ötrü Masallı RPŞnin aidiyyəti xidmət sahəsinə verilməsi, qərarın surəti tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduğu halda Prokurora, yuxarı Prokurora və Məhkəməyə şikayət etmək hüququnun olması onlara izah edilməsi, qərarın surəti ibtidai araşdirmaya prosessual rəhbərliyi həyata keçirən Masaliı rayon prokurorluğuna göndərilməsi, material saxlanmasından ötrü Masallı RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, inzibai xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə Şəxs götürülmüş 1 ədəd, 16 kalibirli, İJ 16 markalı, N19681 nömrəli, tək lüləli 1951-ci il istehsalı ov silahı dövlət nəfinə müsadirə edilməsini və onun cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 1 ədəd, 16 kalibirli, İJ 16 markalı, N19681 nömrəli, tək lüləli 1951-ci il istehsalı ov silahı müsadirə edilsin və 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis Şöbəsinə və Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2101/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2101/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver