Məhkəmə qərarları › İş №3(050)-2101/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2101/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2101/2025 10.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən 10 sentyabr 2025-ci il tarixdə Masallı rayonu ərazisində soyuducuların üzərində yerləşdirilən “Titanik” mövzusunda reklamların yayıcısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Masallı rayonu, H.Əliyev prospekti ünvanında “Yolüstü dönər” adlı obyektin, ünvan 2ket” adlı obyektin, ünvan 2ket” adlı obyektin, Masallı şəhəri, ünvan 3 ünvanında “Cavid market” adlı obyektin, Masallı şəhəri, ünvan 3 ünvanında “Ləzzət market” adlı obyektin, ünvan 4” adlı obyektin, ünvan 7 ünvanında “Market” adlı obyektlərin ətrafında “Titanik” adlı soyuducuların üzərində sahibkarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin ünvanlarda yerləşən soyuducuların üzərində (açıq məkanda) yayımladığı reklamlarla bağlı 5 (beş) gün müddətində müvafiq icazənin alınması üçün X2 İdarəsinə müraciət etməsi tələb olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş və sahibkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sistemində, heç bir mövcüd reklamın yerləşdirilməsi barədə icazə müqaviləsi aşkar edilməmişdir. İcazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməmiş, həmçinin sahibkara əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və 16 avqust 2025-ci il tarixli teleqrama əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. Bu əmələ görə X2 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, şifahi sorğu əsasında qeyd olunan mağazaların satıcıları bildirmişlər ki, “Titanik” yazıları olan soyuducular "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Lakin bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Masallı rayonunda qeyd edilən küçələrdə yerləşən icarəyə götürülmüş və ya mülkiyyətlərində ticarət obyekti və ya daşınmaz əmlakları yoxdur. Həmçinin qeyd olunan obyektlərlə istehsal etdikləri məhsulları tanıtmaq və ya reklam etməklə əlaqədar razılaşmaları da, yoxdur. Onların məhsulları respublika daxilində pərakəndə və topdan satılır. Məhsullarının satıldığı ticarət obyektlərinə nəzarət etmək və satışla bağlı hər hansı şərt qoymaq kimi səlahiyyətləri və imkanları yoxdur. Reklam idarəsi tərəfindən onlara və məhkəməyə təqdim olunmuş sənədlərdə və fotoşəkillərdə "xxxx" adının açıq reklam olması görünmür. Adlarının əks olunduğu və onlara aid əmtəə nişanı olan heç bir sübut yoxdur. İdarənin istinad etdiyi “Titanik” əmtəə nişanının və adının onlarla heç bir əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 11 avqust 2025-ci il tarixli, 04 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Masallı rayonu, H.Əliyev prospekti ünvanında “Yolüstü dönər” adlı obyektin, ünvan 2ket” adlı obyektin, ünvan 2ket” adlı obyektin, ünvan 8 adlı obyektin, ünvan 9 adlı obyektin, ünvan 10 adlı obyektin, ünvan 7 ünvanında “Market” adlı obyektin ünvanında həmin obyektlərin ətrafında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla müvafiq icazə sənədi olmadan açıq məkanda ümumi ölçüsü 2,47m2 olan (0,75x2,05qab; 0,62x0,75x2yan) 19 ədəd Titanik soyuducularınin üzərində fasad reklamlarının yayımlanması faktı aşkar edilmişdir. İs.adra.gov.az icazələr sistemində göstərilən reklamların yayımlanması ilə bağlı icazə sənədi aşkar edilmədi. - 11 avqust 2025-ci il tarixli, 11-3-6/2-1127/2025 nömrəli yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Masallı rayonu, Ələt-Astara-İran yolu, H.Əliyev prospekti, M.ünvan 12 ünvanlarda, açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətində X2 İdarəsinə müraciət etməsi tələb olunmuş, əks halda reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. - 02 sentyabr 2025-ci il tarixli, 11-3-6/2-1241/2025 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən sahibkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədlərinin alınması və icazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. - 10 sentyabr 2025-ci il tarixli 1 №-li baxış aktından görünür ki, Masallı rayonu 20 Yanvar küçəsi, H.Əliyev prospekti, H.Aslanov küçəsi, Qarabağ küçəsi, M.ünvan 13 ünvanlarda yerləşən “Titanik” adlı soyuducuların üzərində açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş baxış aktını, inzibati xəta törədən şəxs kimi hüquq və vəzifələri barədə olan bildirişi, o cümlədən inzibati xəta haqqında protokolu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ********** nömrəli VÖEN-i vardır və 6 saylı Ərazi Vergilər Baş İdarəsində uçota vergi ödəyicisi kimi uçota alınmışdır. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinə qaytarılmalıdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olması X2 İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələri, inzibati işin materiallarında olan digər sübutlarla sübuta yetirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Masallı rayonu, H.Əliyev prospekti ünvanında “Yolüstü dönər” adlı obyektin, ünvan 2ket” adlı obyektin, ünvan 2ket” adlı obyektin, Masallı şəhəri, ünvan 3 ünvanında “Cavid market” adlı obyektin, Masallı şəhəri, ünvan 3 ünvanında “Ləzzət market” adlı obyektin, ünvan 4” adlı obyektin, ünvan 7 ünvanında “Market” adlı obyektlərin ətrafında “Titanik” adlı soyuducuların üzərində yerləşdirilən “Titanik” mövzusunda reklamların yayıcısı tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. X2 İdarəsi tərəfindən Masallı rayonu ərazisində soyuducuların üzərində yerləşdirilən “Titanik” mövzusunda reklamların yayıcısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilmədiyi qeyd olunsa da, təqdim olunmuş materiallar həmin xətanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən törədilməsini sübuta yetirmək üçün kifayət deyildir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdə və fotoşəkillərdə “Titanik” mövzusunda reklamlarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adının əks olunması və həmin əmtəə nişanının onlara məxsus olması barədə heç bir sübut yoxdur. Həmin halların isə məhkəmədə işə baxılması zamanı aradan qaldırılması mümkün deyildir. Belə olan halda isə təqdim olunmuş materiallar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsi ilə bağlı əməlinə qiymət vermək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3-cü maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar