Məhkəmə qərarları › İş №3(050)-2103/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2103/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2103/2023 24.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə, xx.xx.1969-cü ildə Masallı rayonu Binə Xocavar kəndində doğulmuş, Masallı rayonu Binə Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2408/2022 saylı, 10 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs, X1 və X3 14 manat dəyərində 12 ədəd boşqab, 17 manat dəyərində 12 ədəd boşqab, 15 manat dəyərində 12 ədəd maskur, 20 manat dəyərində qənd doğrayan tabaq və çəkici, 8 manat dəyərində 2 ədəd ləyən, 25 manat dəyərində 1 ədəd tökmə qazan, 20 manat dəyərində meyvə qabı, 20 manat dəyərində balıq qabı, 20 manat dəyərində şirniyyat qabı, 15 manat dəyərində ləpə qabı, 80 manat dəyərində 5 ədəddən ibarət Rusiya istehsalı olan kasturka dəsti, 70 manat dəyərində qaşlı kofe, pesok, çay dəsti, 8 manat dəyərində 2 ədəd bulud qaşığı, 5 manat dəyərində 1 ədəd tyorka, 5 manat dəyərində 2 ədəd kauçuk süzgəç, 3 manat dəyərində tort qarışdıran setka, 15 manat dəyərində vanna uşaq dəsti, 4 manat dəyərində 1 ədəd vedrə, 4 manat dəyərində 1 ədəd aftafa, 5 manat dəyərində uşaq üçün setka, 1 manat dəyərində 1 ədəd kəf qaşığı, 3 manat dəyərində 1 ədəd kartoşka əzən, 12 manat dəyərində 12 ədəd meyvə bıçağı, 15 manat dəyərində 1 ədəd güldan, 20 manat dəyərində 2 ədəd polxrustal vaz, 50 manat dəyərində 1 ədəd böyük saat, 7 manat dəyərində 1 ədəd Quran ayələri, 30 manat dəyərində 1 cüt aksesuar göyərçinlər, 20 manat dəyərində 1 ədəd şəkilli fincan, 35 manat dəyərində 3 ədəd ramka, 25 manat dəyərində 1 ədəd böyük ramka, 12 manat dəyərində 1 ədəd karusel ramka, 6 manat dəyəriundə 6 ədəd meyvə qabı, 50 manat dəyərində ponos naboru, 30 manat dəyərində meyvə padnosu, 5 manat dəyərində qaz yandıran tapança, 28 manat dəyərinıə 12 ədəd polxrustal bakal, 10 manat dəyərində 12 ədəd razetka, 18 manat dəyərində 6 ədəd çini fincan dəsti, 7 manat dəyərində 2 ədəd fincan, 30 manat 6 ədəd mürəbbə qabı, 20 manat dəyərində 1 ədəd mikser, 600 manat dəyərində 1 ədəd televizor, 600 manat dəyərində 1 ədəd palataryuyan, 78 manat dəyərində 1 ədəd ətçəkən, 50 manat dəyərində elektron termoz samovar, 220 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 1 ədəd sərinkeş, 600 manat dəyərində 1 ədəd taxt və 2 ədəd tumba , 300 manat dəyərində 1 ədəd şifoner, 250 manat dəyərində 1 ədəd termo, 250 manat dəyərində 1 ədəd televizor altlığı, 300 manat dəyərində 2 ədəd qorka, 250 manat dəyərində tək divan, 150 manat dəyərinə 2 ədəd kreslo, 150 manat dəyərində 6 ədəd stul, 150 manat dəyərində 1 ədəd stol, 30 manat dəyərində 1 ədəd sintafon yay dəsti, 12 manat dəyərində 1 ədəd uşaq üçün adyal, 120 manat dəyərində 1 ədəd xalça, 160 manat dəyəində 1 ədəd xalça, 20 manat dəyərində 1 ədəd adyal, 50 manat dəyərində stol üçün salfetka dəsti, 15 manat dəyərində 1 ədəd vedrə qruşka ilə, 60 manat dəyərində 1 ədəd xrustal güldan, 7 manat dəyərində 1 ədəd qarniz, 50 manat dəyərində 1 ədəd pərdə, 50 manat dəyərində 1 ədəd hava feni, 3 manat dəyərində 1 ədəd qayçı, 7 manat dəyərində 1 ədəd cücə qayçısı, 80 manat dəyərində qaşıq naboru, 25 manat dəyərində 3 ədəd sintafon balış, 20 manat əyərində 1 ədəd sintafon yorğan, 100 manat dəyərində 2 ədəd yun döşək, 80 manat dəyərində 1 ədəd 18 kq-lıq taxt döşəyi, 64 manat dəyərində 8 ədəd balış, 50 manat dəyərində 8 ədəd nalça, 100 manat dəyərində 1 ədəd taxt üstü, 150 manat dəyərinə 4 ədəd mələfə-döşəkağı, 70 manat dəyərində 1 ədəd mələfə-döşəkağı, 80 manat dəyərində 4 ədəd dəsmal naboru, 6 manat dəyərində 1 ədəd süfrə, 12 manat dəyərində 12 ədəd çay dəsmalı, 40 manat dəyərində veşipkalı stolüstü, 35 manat dəyərində pismenni stolüstü, 35 manat dəyərində saçaqlı stolüstü, 50 manat dəyərində veşipkalı stolüstü, 7 manat dəyərində süpürgə-xəkandaz, 15 manat dəyərində pol silən vedrə, 12 manat dəyərində 2 ədəd kauçuk ləyən, 12 manat dəyərinddə 1 ədəd aşsüzən, 10 manat dəyərində 2 ədəd çörəkqabı, 20 manat dəyərində 12 ədəd kasa, 15 manat dəyərində 3 ədəd bulud, 15 manat dəyərində 12 ədəd dərin boşqab, 100 manat dəyərində 1 ədəd elektrik sobası, 70 manat dəyərində 1 ədəd LG markalı DVD, 55 manat dəyərində 1 ədəd şam-lüstur, 74 manat dəyərində qaşıq naboru (çamadan), 7 manat dəyərində 1 ədəd lampa, 30 manat dəyərində 1 ədəd naçnik, 17 manat dəyərində bıçaq dəsti, 8 manat dəyərində taxta qaşıq əsti, 60 manat dəyərində 3 ədəd qulpça titan, 10 manat dəyərində 1 ədəd tort qabı, 25 manat dəyərində nabor tot qabı, 25 manat dəyərində nabor şirniyyat dəsti, 10 manat dəyərində qrafinka bidon, 20 manat dəyərində 4 paçka polxrustal stəkan, 15 manat dəyərində 10 ədəd asılqan, 35 manat dəyərində 1 ədəd paltar setkası, 4 manat dəyərində 12 ədəd sancaq, 200 manat dəyərində obedni serviz, 200 manat dəyərində çayni serviz, 50 manat dəyərində ütü stolu,, 10 manat dəyərində 2 ədəd qəndqabı, 16 manat dəyərində 1 ədəd mürəbbəqabı, 8 manat dəyərində 1 ədəd külqabı, 12 manat dəyərində gümüş nəlbəki, 25 manat dəyərində 4 litrlik armudu çaynik, 30 manat dəyərində Rusiya istehsalı olan kasturka naboru, 34 manat dəyərində Rusiya istehsalı olan bagema, 30 manat dəyərində 2 ədəd zərli vaz, 30 manat dəyərində 1 ədəd zərli vaz, 26 manat dəyərində 2 ədəd mürəbbə qabı, 8 manat dəyərində 1 ədəd aşsüzən, 17 manat dəyərində aftafa-ləyən dəsti, 70 manat dəyərində biden və 6 ədəd stəkandan ibarət bagema dəsti, 15 manat dəyərində zibil vedrəsi, 5 manat dəyərində 1 ədəd ət taxtası, 3 manat dəyərində 1 ədəd salat taxtası, 15 manat dəyərində 1 ədəd qozçəkən maşın, 300 manat dəyərində titan qazan dəsti, 6 manat dəyərində 2 ədəd polxrustal salfetka qabı, 24 manat dəyərində 12 ədəd piyalə, 25 manat dəyərində 5 litrlik kasturka naborundan ibarət cehiz əşyaları, o cümlədən qızıl-zinət əşyalarına görə 1500 manat dəyərində sırğa, qolbaq və üzük dəsti, 320 manat dəyərində 583 əyarlı, 4.7 qramlıq nişan üzüyü, 150 manat dəyərində sadə üzük, 299 manat dəyərində 3,4 qramlıq 583 əyarlı qolbağı, 540 manat dəyərində 6 qramlıq, 585 əyarlı boyunbağı və klon, 188 manat dəyərində 1,5 qramlıq, 583 əyarlı uşaq qolbağısı və yaxud qətnamə icra olunan vaxt olmayan əmlakın dəyəri, ödənilmiş 130 manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2408/2022 saylı, 10 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs, X1 və X3 14 manat dəyərində 12 ədəd boşqab, 17 manat dəyərində 12 ədəd boşqab, 15 manat dəyərində 12 ədəd maskur, 20 manat dəyərində qənd doğrayan tabaq və çəkici, 8 manat dəyərində 2 ədəd ləyən, 25 manat dəyərində 1 ədəd tökmə qazan, 20 manat dəyərində meyvə qabı, 20 manat dəyərində balıq qabı, 20 manat dəyərində şirniyyat qabı, 15 manat dəyərində ləpə qabı, 80 manat dəyərində 5 ədəddən ibarət Rusiya istehsalı olan kasturka dəsti, 70 manat dəyərində qaşlı kofe, pesok, çay dəsti, 8 manat dəyərində 2 ədəd bulud qaşığı, 5 manat dəyərində 1 ədəd tyorka, 5 manat dəyərində 2 ədəd kauçuk süzgəç, 3 manat dəyərində tort qarışdıran setka, 15 manat dəyərində vanna uşaq dəsti, 4 manat dəyərində 1 ədəd vedrə, 4 manat dəyərində 1 ədəd aftafa, 5 manat dəyərində uşaq üçün setka, 1 manat dəyərində 1 ədəd kəf qaşığı, 3 manat dəyərində 1 ədəd kartoşka əzən, 12 manat dəyərində 12 ədəd meyvə bıçağı, 15 manat dəyərində 1 ədəd güldan, 20 manat dəyərində 2 ədəd polxrustal vaz, 50 manat dəyərində 1 ədəd böyük saat, 7 manat dəyərində 1 ədəd Quran ayələri, 30 manat dəyərində 1 cüt aksesuar göyərçinlər, 20 manat dəyərində 1 ədəd şəkilli fincan, 35 manat dəyərində 3 ədəd ramka, 25 manat dəyərində 1 ədəd böyük ramka, 12 manat dəyərində 1 ədəd karusel ramka, 6 manat dəyəriundə 6 ədəd meyvə qabı, 50 manat dəyərində ponos naboru, 30 manat dəyərində meyvə padnosu, 5 manat dəyərində qaz yandıran tapança, 28 manat dəyərinıə 12 ədəd polxrustal bakal, 10 manat dəyərində 12 ədəd razetka, 18 manat dəyərində 6 ədəd çini fincan dəsti, 7 manat dəyərində 2 ədəd fincan, 30 manat 6 ədəd mürəbbə qabı, 20 manat dəyərində 1 ədəd mikser, 600 manat dəyərində 1 ədəd televizor, 600 manat dəyərində 1 ədəd palataryuyan, 78 manat dəyərində 1 ədəd ətçəkən, 50 manat dəyərində elektron termoz samovar, 220 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 1 ədəd sərinkeş, 600 manat dəyərində 1 ədəd taxt və 2 ədəd tumba , 300 manat dəyərində 1 ədəd şifoner, 250 manat dəyərində 1 ədəd termo, 250 manat dəyərində 1 ədəd televizor altlığı, 300 manat dəyərində 2 ədəd qorka, 250 manat dəyərində tək divan, 150 manat dəyərinə 2 ədəd kreslo, 150 manat dəyərində 6 ədəd stul, 150 manat dəyərində 1 ədəd stol, 30 manat dəyərində 1 ədəd sintafon yay dəsti, 12 manat dəyərində 1 ədəd uşaq üçün adyal, 120 manat dəyərində 1 ədəd xalça, 160 manat dəyəində 1 ədəd xalça, 20 manat dəyərində 1 ədəd adyal, 50 manat dəyərində stol üçün salfetka dəsti, 15 manat dəyərində 1 ədəd vedrə qruşka ilə, 60 manat dəyərində 1 ədəd xrustal güldan, 7 manat dəyərində 1 ədəd qarniz, 50 manat dəyərində 1 ədəd pərdə, 50 manat dəyərində 1 ədəd hava feni, 3 manat dəyərində 1 ədəd qayçı, 7 manat dəyərində 1 ədəd cücə qayçısı, 80 manat dəyərində qaşıq naboru, 25 manat dəyərində 3 ədəd sintafon balış, 20 manat əyərində 1 ədəd sintafon yorğan, 100 manat dəyərində 2 ədəd yun döşək, 80 manat dəyərində 1 ədəd 18 kq-lıq taxt döşəyi, 64 manat dəyərində 8 ədəd balış, 50 manat dəyərində 8 ədəd nalça, 100 manat dəyərində 1 ədəd taxt üstü, 150 manat dəyərinə 4 ədəd mələfə-döşəkağı, 70 manat dəyərində 1 ədəd mələfə-döşəkağı, 80 manat dəyərində 4 ədəd dəsmal naboru, 6 manat dəyərində 1 ədəd süfrə, 12 manat dəyərində 12 ədəd çay dəsmalı, 40 manat dəyərində veşipkalı stolüstü, 35 manat dəyərində pismenni stolüstü, 35 manat dəyərində saçaqlı stolüstü, 50 manat dəyərində veşipkalı stolüstü, 7 manat dəyərində süpürgə-xəkandaz, 15 manat dəyərində pol silən vedrə, 12 manat dəyərində 2 ədəd kauçuk ləyən, 12 manat dəyərinddə 1 ədəd aşsüzən, 10 manat dəyərində 2 ədəd çörəkqabı, 20 manat dəyərində 12 ədəd kasa, 15 manat dəyərində 3 ədəd bulud, 15 manat dəyərində 12 ədəd dərin boşqab, 100 manat dəyərində 1 ədəd elektrik sobası, 70 manat dəyərində 1 ədəd LG markalı DVD, 55 manat dəyərində 1 ədəd şam-lüstur, 74 manat dəyərində qaşıq naboru (çamadan), 7 manat dəyərində 1 ədəd lampa, 30 manat dəyərində 1 ədəd naçnik, 17 manat dəyərində bıçaq dəsti, 8 manat dəyərində taxta qaşıq əsti, 60 manat dəyərində 3 ədəd qulpça titan, 10 manat dəyərində 1 ədəd tort qabı, 25 manat dəyərində nabor tot qabı, 25 manat dəyərində nabor şirniyyat dəsti, 10 manat dəyərində qrafinka bidon, 20 manat dəyərində 4 paçka polxrustal stəkan, 15 manat dəyərində 10 ədəd asılqan, 35 manat dəyərində 1 ədəd paltar setkası, 4 manat dəyərində 12 ədəd sancaq, 200 manat dəyərində obedni serviz, 200 manat dəyərində çayni serviz, 50 manat dəyərində ütü stolu,, 10 manat dəyərində 2 ədəd qəndqabı, 16 manat dəyərində 1 ədəd mürəbbəqabı, 8 manat dəyərində 1 ədəd külqabı, 12 manat dəyərində gümüş nəlbəki, 25 manat dəyərində 4 litrlik armudu çaynik, 30 manat dəyərində Rusiya istehsalı olan kasturka naboru, 34 manat dəyərində Rusiya istehsalı olan bagema, 30 manat dəyərində 2 ədəd zərli vaz, 30 manat dəyərində 1 ədəd zərli vaz, 26 manat dəyərində 2 ədəd mürəbbə qabı, 8 manat dəyərində 1 ədəd aşsüzən, 17 manat dəyərində aftafa-ləyən dəsti, 70 manat dəyərində biden və 6 ədəd stəkandan ibarət bagema dəsti, 15 manat dəyərində zibil vedrəsi, 5 manat dəyərində 1 ədəd ət taxtası, 3 manat dəyərində 1 ədəd salat taxtası, 15 manat dəyərində 1 ədəd qozçəkən maşın, 300 manat dəyərində titan qazan dəsti, 6 manat dəyərində 2 ədəd polxrustal salfetka qabı, 24 manat dəyərində 12 ədəd piyalə, 25 manat dəyərində 5 litrlik kasturka naborundan ibarət cehiz əşyaları, o cümlədən qızıl-zinət əşyalarına görə 1500 manat dəyərində sırğa, qolbaq və üzük dəsti, 320 manat dəyərində 583 əyarlı, 4.7 qramlıq nişan üzüyü, 150 manat dəyərində sadə üzük, 299 manat dəyərində 3,4 qramlıq 583 əyarlı qolbağı, 540 manat dəyərində 6 qramlıq, 585 əyarlı boyunbağı və klon, 188 manat dəyərində 1,5 qramlıq, 583 əyarlı uşaq qolbağısı və yaxud qətnamə icra olunan vaxt olmayan əmlakın dəyəri, ödənilmiş 130 manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. İcra sənədinin cehizlərin qaytarılması hissəsi icra olunmuş, icra vərəqəsi 600 manat dəyərində televizor, qızıl-zinət əşyalarının qaytarılması və ödənilmiş dövlət rüsumunun tutulması hissəsində icra olunmamışdır. Qeyd edilənlərə əsas borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədi üzrə tələbkar özünə məxsus cehiz əmlaklarını artıq aparmışdır. Bununla bağlı icra məmuru tərəfindən aktda tərtib olunmuşdur. Lakin cehiz əmlak olaraq bir ədəd televizor və paltar asan setka tələbkar tərəfindən aparılmamış və qızıl zinət əşyaları və ya onları dəyəri qaytarılmamışdır. Belə ki, tələbkar televizorun və paltar asan setkanın sındığını əsas gətirərək onları aparmaqdan imtina etmiş və onları dəyərinin ödənilməsini tələb edir. Lakin həmin televizor nəvəsi, yəni tələbkarı uşağı tərəfindən sındırılmışdır. Paltar asan setkanı isə tələbkar özü istifadə etmişdir və istifadə olması ilə sınmıdır. İddia tələbinə baxıldığı zamanda hakim tələbkara “sən o evdə 6 il yaşamısan və həmin əşyalardan istifadə etmisən, əşyalar hazırda hansı vəziyyətdədirsə get götür” demişdir. Qızıllara gəldikdə isə tələbkar onların evini tərk etdiyi zaman özü ilə aparmışdır. Lakin məhkəmə baxışı zamanı bunu sübut edə bilmədiyi üçün məhkəmə həmin əşyaların qaytarılması ilə bağlı qətnamə qəbul etmişdir. Hazırda maddi imkanı olmadığı üçün icra sənədini icra edə bilmir. Heç bir yerdə işləmir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Hər ay 50 manat ödəmək iqtidarındadır. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, məhkəmənin müvafiq icra sənədinə əsasən Şəxs, X1 və X3 cehiz əmlakları və qızıl zinət əşyalarının və ya onlarının dəyərinin alınaraq olan verilməsi qət edilmişdir. O, cehiz əmlaklarının çox hissəsini götürmüşdür. Lakin bir ədəd televizor və paltar asan setka, eləcədə qızıl zinət əşyaları borclularda qalmışdır. Belə ki, televizor və paltar asan setka borclular tərəfindən yararsız hala salınmışdır. O, borclulardan bir ədəd televizorun, paltar asan setkanın və ona məxsus olan qızıl-zinət əşyalarının və ya onların dəyərini tam şəkildə tələb edir. İcra sənədinin hissə-hissə icra olunmasına razı deyildir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar