Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2106/2023 27.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Masallı rayonu Banbaşı kəndində anadan olmuş, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Böyük Xocavar kəndində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Nasif hər 2-3 gündən bir uşağı ilə sifariş göndərərmiş kimi onu, baldızını, mərhum qaynanasının gorunu, ərini müxtəlif söyüşlərlə təhqir edərək uşağa valideynlərinə çatdırmasını bildirir. Oda Nasifin nə səbəbə söyüş söydüyünü aydınlaşdırmaq üçün xx.xx.2023-cü il tarixdə Nasifin arvadının yanına getmişdir. Həyətlərinə çatdığı zaman Nasifin həyət qapısından küçəyə çıxdığını görmüşdür. O, Nasifdən nə səbəbə söyüş söydüyünü soruşmuşdur. Nasif cavabında “əcəb edirəm, canınıda alıram” demiş və qışqıraraq yenidən söyüş söyməyə başlamışdır. O, Nasifin təhqiramiz sözlərini qəbul etməyərək sillə ilə üzündən vurmuşdur. Lakin hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisidir. Qoyun otardığı zaman Surinin oğlu onun yanına gəlmiş və qoyunlarına baxaraq nə böyük qoyunlardır demişdir. Oda uşağa “çıx get burdan qoyunlarım göz götürmür ölürlər” demişdir. Bu zaman uşaq onun nəslini söymüşdür. Oda cavabında uşağa “get sənə tərbiyyə verən ananın nəslini söy məni niyə söyürsən” demişdir. Daha sonra həmin gün axşamçağı Şəxs onların küçəsinə gəlmiş və onu küçədə görərək anasını söyərək üzərinə hücum çəkmiş və onu vurmuşdur. Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir. Şəxs qarşı şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1026 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs burnun sağ yan hissəsinin sıyrığı və sağ bazu nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk tük əşyanın (əşyaların) təsirindən törədilmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Tofiq Abiyev tərəfindən 27 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi ilə yanaşı onun əməli Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2106/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2106/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver