Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2108/2025 23.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Arzu MMC-nin direktoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-411/2025 saylı icra sənədinə əsasən Şəxs 20715 manat məbləğində borc və 152.14 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 məhkəmə iclasında bildirdi ki, Şəxs 20715 manat məbləğində borc və 152.14 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi icraatına daxil olduqdan sonra icra sənədi üzrə tərəflərə icra sənədinin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilənədək borcundan müəyyən ödənişlər etmiş və 18867 manat borcu mövcud olmuşdur. İş üzrə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirildikdən sonra 4000 ABŞ dolları, yəni 6970 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 411/2025 saylı icra sənədindən məlumatlıdır. O, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmır. X1 olan borcundan 4000 ABŞ dolları ödəyir, ayın sonunadək 3000 manat ödəyəcəyinə söz verir. Qalan borcunu da ödəyəcəkdir. Hal-hazırda borcunu tam ödəmək iqtidarında deyildir. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) "xxxx" MMC-nin direktoru X4 izahatında göstərmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 411/2025 saylı icra sənədinə əsasən Şəxs 20715 manat məbləğində borc və 152.14 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Borclu icra sənədi üzrə əvvəllər müəyyən ödənişlər etmiş, hazırda da məhkəmə iclasında 4000 ABŞ dolları, yəni 6970 manat ödəmişdir. Qalan borcunu da ödəyəcəyinə söz verir. Ona görə də bu dəfə borclu X2 bağışlanmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-411/2025 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-411/2025 saylı icra sənədlərini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən X3 4000 ABŞ dolları, yəni 6970 manat pul ödənilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Şəxs mülkiyyətində olan **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-411/2025 saylı icra sənədi üzrə borclu əvvəllər müəyyən ödənişlər etmiş, xx.xx.2025-ci il tarixdə keçirilmiş, məhkəmə iclasında borcundan 6970 manat ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəyinə söz verir. İcra sənədi üzrə tələbkarın nümayəndəsi məhkəmə iclasında borclunun bağışlanmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyanın təsiri altına düşmür. Borclu üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün real addımlar atmış, icra sənədi üzrə ödənişlər həyata keçirmişdir. Onun hərəkətlərində icra sənədinin icrasından qərəzli olaraq yayınma halı, eləcə də üzrsüz səbəbdən icra sənədini yerinə yetirməməsi halı aşkar olunmur. Məhkəmə qeyd edir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Göründüyü kimi məhkəmə araşdırması zamanı borclunun icra sənədlərinin icrasından qərəzli şəkildə yayınma halı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-2108/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2108/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver