Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-211/2024 02.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Masallı Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343-1.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Masallı Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 04 yanvar 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X2 izahatında göstərdi ki, 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında Masallı şəhəri ərazisində xidmətdə olarkən “Mersedes Benz 250” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün ona avtomobili saxlaması barədə işarə verilmiş, lakin sonuncu onlara tabeçilik göstərməyib avtomobili saxlamamış, hətta svetoforun qırmızı işığında keçmiş, onlar bir müddət həmin avtomobili müşayət etmiş, sonra dövlət qeydiyyat nömrəsini götürüb müşayəti dayandırmışlar. 04 yanvar 2023-cü tarixdə həmin avtomobilin sürücüsünün Şəxs olması müəyyən edilərək Masallı RPŞ-nin DYPB-nə dəvət edilmiş, idarə etdiyi “Mersedes Benz 250” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil isə evakuatorla Masallı RPŞ-nin duracağına yerləşdirilmiş və barədə aktı tərtib edilmişdir. Daha sonra Şəxs narkotik vasitənin istifadə olunması nəticəsində sərxoşluq müayinəsindən keçməsi üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılmış, orada həkim tərəfindən Şəxs sidik nümünəsi verməsi təklif olunmuş, lakin sonuncu sidiyi gəlmədiyini bildirərək müayinədən keçməkdən imtina etmişdir. Bu səbəbdən də Şəxs barəsində tibbi müayinədən imtina etməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Masallı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən ona avtomobili saxlaması barədə işarə verilmiş, həmin vaxt spirtli içki qəbul etdiyi üçün onlara tabe olmayıb avtomobili sürüb yaşadığı Masallı rayonu, Təzə Alvadı kəndinə getmişdir. 04 yanvar 2024-cü il tarixdə işlədiyi avtomobil təmiri sexində olarkən Masallı RPŞ-nin DYPBnin əməkdaşları gələrək onu şöbəyə dəvət etmiş, o da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Sonra işlədiyi sexdə saxladığı “Mersedes Benz 250” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil atasının icazəsi ilə yol patrul əməkdaşları tərəfindən evakuatorla polis şöbəsinin duracağına yerləşdirilmişdir. Daha sonra yol patrul xidmətinin əməkdaşları ona tibbi müayinədən keçməli olduğunu bildirmişlər. O da etiraz etmədən tibbi müayinədən keçmək üçün polis əməkdaşları ilə birlikdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada həkim tərəfindən ona müayinə olunmaq üçün sidik nümünəsi verməsi bildirilmişdir. Həmin vaxt sidik nümünəsi vermək istəsə də, sidiyi gəlmədiyi üçün həmin nümünəni verə bilməmiş, lakin qandan və yaxud başqa üsulla müayinədən keçirilməsini bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-nə qayıtmış və sərbəst buraxılmışdır. Barəsində tibbi müayinədən imtina etməsi haqqında tərtib edilmiş inzibati xəta haqqında protokoldan isə xəbəri olmamışdır. O, tibbi müayinədən keçməkdən imtina etməmiş, sadəcə özündən asılı olmayan səbəbə görə sidik nümunəsi verə bilməmişdir. Gstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İnzibati xəta haqqında 04 yanvar 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində 329.3 və 343-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 04 yanvar 2024-cü il tarixli aktından görünür ki, Şəxs narkotik vasitə qəbul etdiyini etiraf etmiş və müayinə olunmaqdan imtina etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 04 yanvar 2024-cü il tarixli aktdan görünür ki, “Mersedes Benz 250” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil Masallı RPŞ-nin duracağına yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin): 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tibbi müayinədən imtina etməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs izahatında Şəxs sidik nümünəsi götürülərkən sonuncunun sidiyi gəlmədiyini bildirməsini təsdiq etmişdir. Bu isə Şəxs tibbi müayinədən keçməkdən imtinası kimi qiymətləndirilə bilməz. Belə olan halda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün həmin şəxs başqa müayinələrdən (qan və ya ağız suyu nümunəsi) keçirilə bilərdi. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin müvafiq inzibati xətanı törətməsini sübut etmək vəzifəsi onun barəsində protokolu tərtib etmiş şəxsin (orqanın) üzərinə düşür. Eyni zamanda, “Layıcov Azərbaycana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 10 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “Əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Mersedes Benz 250” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən ona avtomobili saxlaması barədə işarə verilmiş, həmin vaxt spirtli içki qəbul etdiyi üçün onlara tabeçilik göstərməyib avtomobili sürüb yaşadığı Masallı rayonu, Təzə Alvadı kəndinə getmişdir. 04 yanvar 2024-cü il tarixdə işlədiyi avtomobil təmiri sexində olarkən Masallı RPŞ-nin DYPB-nin əməkdaşları gələrək onu rayon şöbəsinə dəvət etmiş, bundan sonra avtomobili polis əməkdaşları tərəfindən evakuatorla gətirilərək şöbənin duracağına yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunan qanunvericiliyin tələbinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməli və tibbi müayinədən imtina etməlidir. Göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə avtomobil idarə etməmiş və hər hansı qayda pozuntusuna yol verməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat pozuntulara yol verilməklə aparılmışdır. Belə olan halda bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs narkotik vasitə qəbul etdiyini etiraf etməsi və müayinədən imtina etməsi göstərilsə də, sonuncu tərəfindən həmin akt imzalanmamış, imza etməkdən imtina etməsi barədə isə aktda qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair əməlində inzibati xəta hadisəsi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair əməlində inzibati xəta hadisəsi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-211/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-211/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver