Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2112/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Masallı rayonu Bədəlan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, eləmədiyi hadisədir. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olmuşdur. Zərərçəkmiş şəxs əmisidir. Onunla ədavət və düşmənçiliyi yoxdur. Qonşudur. Polisdə sərxoş halda (içkili vəziyyətdə) izahat vermişdir. Heç kimi vurmamış. Dava olmayıb. Anasına söyüş söyülüb. Həmin vaxt Raufun əlində bıçaq olmuş onun əlində isə balta olmuşdur. Rauf əlində bıçaq üzərinə gəlmiş oda balta ilə onun əlindən vurmuşdur. Barışmamışlar. Bir səhvdir edib. Məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Elsevər qardaşı oğludur, aralarında düşmənçilik yoxdur. 23 ildir ki, yaşadığı evə köçmüşdür. Bu şəxsin əlindən o və ailə üzvləri rahat yaşaya bilmirlər. Atası həyətinə getdiyi zaman Elsevər əlində balta onun qarşısına çıxaraq qarşısını kəsib onu və ailə üzvlərini söyərək təhqir etmişdir. Elsevər yalan danışır həmin vaxt onun əlində bıçaq olmayıb. Sonra Elsevər balta ilə onu vurmaq istəyərkən sağ əli ilə mane olmağa çalışmış lakin balta onun sol əlinə dəymişdir. Həmin vaxt onların yanında heç kim olmayıb. Dəfələrlə polis şöbəsinə müraciətləri olmuşdur. Barışmamışdır, şikayətçidir. Cəzası nədirsə verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 732 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sol saidin yuxarı 1/3-nin arxa hissəsinin bir ədəd kəsilmiş səthi yarası müəyyən olundu, müəyyən olunan xəsarət kəsici əşyanın təsirindən törənmişdir, törəmə müddəti qərarda qeyd olunan 10 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 04 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Oktay Əhədov tərəfindən 18 sentyabr 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 022111 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməli zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 17 sentyabr 2025-ci il tarixdən, saat 14:00dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Səfərov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2112/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2112/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver