Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2125/2024 23.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Masallı Rayon Polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: X4 məhkəməyə şikayətlə məhkəməyə müraciət edərək Masallı Rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis kapitanı X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayətçi məhkəməyə veridiyi şikayətdə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən “Mercedes Benz E230” minik markalı ** FO *** dövlət qediyyat nişanlı avtomobili idarə edərək inzibati qayda pozuntununu törədilməsi əsasına görə Masallı Rayon Polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarı ilə inzibati qaydada cərimə olunmasını, lakin həmin qərarın əsassız olması səbəbindən ləğv edilməsini xahiş etmişdir. Lakin, şikayətçi Emil Ağayev “Mercedes Benz E230” minik markalı ** FO *** dövlət qediyyat nişanlı avtomobilə dair mülkiyyətini təsdiq edən sənədləri və avtomobili hansı əsasla idarə etdiyini təsdiq edən sənədləri materiala əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəyə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yəni, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbi baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, verilmiş ərizəyə məhkəmənin yuxarıda qeyd etdiyi müvafiq sənədlər əlavə edilərək təqdim edildikdən sonra həmin şikayətə baxılması mümkündür . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 132 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Masallı Rayon Polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X2 müvafiq sənədləri ərizəyə əlavə etdikdən sonra yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-2125/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2125/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver