Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2127/2024 23.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1985-cı ildə Masallı rayonu Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1541/2021 nömrəli 17 may 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, üç uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 10320 (on min üç yüz iyirmi) manat məbləğində ödənilməmiş aliment borcu vardır. Şəxs heç bir üzrlü səbəb göstərmədən icra sənədini icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1541/2021 nömrəli 17 may 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, üç uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olmuş, borcluya icraata başlama haqqında qərar və bildiriş göndərilmişdir. Lakin borclu borcunu ödəmədiyindən barəsində axtarış elan olunmuş və xx.xx.2023-cü il tarixdə borclu icra şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu barəsində 10 gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Lakin borclu yaranmış borcundan heç bir ödəniş etməmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 2023-cü ilin oktyabr ayında barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə borclu şöbəyə təqdim edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 10320 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən məlumatı olmamışdır. İşə baxılan zaman o, məhkəmə iclasına dəvət olunmamışdır. 2023cü il tarixdə o, məhkəməyə gətirildiyi zaman barəsində olan aliment işindən məlumatı olmuş və o, məhkəmə qərarının ona təqdim olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda yaranmış borcundan heç bir ödəniş edə bilmir. Sabah 200-300 manat ödəyə biləcəkdir və bundan sonra hər ay aliment borcunu ödəyəcəkdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarnda olan Masallı Rayon Məhkəməsinin 3(050)-929/2023 saylı xx.xx.2023-cü il tarixli 3(050)929/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 23 noyabr 2024-cü il tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2127/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2127/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver