Məhkəmə qərarları › İş №3(050)-2130/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2130/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2130/2024 09.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis X5 polis bölməsi yol patrul xidməti polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 24 avqust 1991-ci ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə saat 12:40 radələrində “VAZ 2107” minik markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 12:40 radələrində “VAZ 2107” minik markalı, **-CL- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən polis əməkdaşları ona yaxınlaşaraq, içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi adı ilə barəsində protokol tərtib etmişlər. O, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməmiş, o, həmin gündən üç gün qabaq spirtli içki qəbul etmişdir. Barəsində tərtib edilmiş alkotestr müayinəsinin nəticəsi ilə razı deyil, polis tərəfindən saxlanılması ilə bağlı videogörüntüyə baxılsa orada özünü idarə edə bildiyi aydın görünəcəkdir. Polis şöbəsində aldanaraq etirafedici ifadə vermişdir. Belə ki, polis əməkdaşları etirafedici ifadə verdikdə ona kömək edəcəyini bildirsələr də, lakin verdiyi vədə əməl etməmişlər. Göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Sonradan keçirilən məhkəmə iclasında Şəxs əməlini etiraf etdiyini və barəsində nəqliyyat vasitəsinin idarə etmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Protokolu tərib etmiş şəxs Masallı Rayon Polis X5 polis bölməsi yol patrul xidməti polis baş serjantı X4 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:40 radələrində “VAZ 2107” minik markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə və nəqliyyat vasitəsinin arxa hissəsi standartlara uyğun olmadığı üçün saxlamışlar. Sürücüyə yaxınlaşan zaman spirt qoxusu gəlmiş ondan spirtli içki qəbul edib-etmədiyini soruşduqda o, bir bakal pivə içkdiyini etiraf etmişdir. Şəxs alkotester müayinəsindən keçirilmiş onda 4,177% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Daha sonra müəyyən sənədləşdirmə işi aparılaraq barəsində protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsindən əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 4,177% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda Şəxs tərəfindən “1 bakal pivə içmişəm” “razıyam” qeydi aparılmışdır. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman Şəxs polis tərəfindən sorğu sual olunan zaman “dünən axşam saat 20:00-da 1 bakal pivə içdiyini” bildirməsi, alkotestr müayinədən keçirildikdən sonra alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcıda “1 bakal pivə içmişəm” “razıyam” qeydini aparması müəyyən olunur. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin DYPB-nin təcrübə üzrə baş inspektoru X3 tərəfindən izahatı alınmış Şəxs göstərmişdir ki, alkotestr müayinəsi zamanı spirtli içkinin təsiri altında olması aşkar olunmuş, bir daha avtomobili sərxoş halda idarə etməyəcəyinə söz verir. İzahatı özüm yazdım imzamla təsdiq edirəm. Məhkəmə inzibati xəta ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, sərxoşluq vəziyyətinin təyin edilməsi barədə alkoltesterin nəticəsi, CD disk, habelə işə əlavə edilmiş digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə İnzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 27.2-ci maddəsinə əsasən bu məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quluzadə X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Lənkəran 6 saylı RQİ və TBŞ-nə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar