Məhkəmə qərarları › İş №3(050)-2131/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2131/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2131/2023 18.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Masallı rayonu, Tüklə kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Kubin kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd, 12 kalibrli, “TOZ-34” markalı, ov silahının əldə edilməsi, saxlanılması və daşınması qaydasını pozmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, silah qardaşı X2 məxsusdur. Ov tüfənginə dair sənədlər var. Qardaşı Vüqar sialhı ona 1-2 dəqiqəlik saxlamaq üçün verərək, ondan aralanmış, bu zaman polis əməkdaşları gəlmiş, zənn etmişlər ki, o, icazəsiz ov ilə məşğul olur. Bu səbəbdən də barəsində protokol tərtib edilmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Şahid2la birlikdə Masallı rayonu, Kubin kəndində xidmətdə olmuşlar. Bu zaman Masallı rayonu, Kubin kənd ərazisində olarkən bir nəfər şəxsin əlində ov tüfəngi ilə birlikdə hərəkətdə olmasını görmüşdür. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin adının Şəxs olmasını öyrənmişlər. Şəxs üzərində olan ov tüfəngi ilə bağlı sənədlərinin olub-olmamasını soruşmuşlar. Həmin vaxt Şəxs içkili olmuşdur. Şəxs həmin silahın qardaşı X2 məxsus olmasını demişdir. Buna görə də Şəxs üzərində olan müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan 12 kalibirli, “TOZ-34” markalı, ARN-17176 nömrəli qoşalüləl mülki ov tüfəngi, 1 ədəd fanar, 1 ədəd patrondaş və 4 ədəd patronlar aşkar olunaraq Masallı RPŞ-yə gətirilmişdir. Həmin şəxs barəsində raportla Masallı RPŞnin rəisinə məruzə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkibi olduğu üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin tərkibi olduğu üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi, 01 ədəd, 12 kalibrli, “TOZ-34” markalı, ARN-17176 nömrəli qaşalüləli, mülki öv tüfənginin, 1 ədəd fanar, 1 ədəd patrondaş və 4 ədəd patronun saxlanılmasından ötrü Masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayonu, Tüklə kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Kubin kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd, 12 kalibrli, “TOZ-34” markalı, ov silahının əldə edilməsi, saxlanılması və daşınması qaydasını pozmuşdur. Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş 30.01.217-ci il tarixli, 273 nömrəli şəhadətnamədən görünür ki, “TOZ-34” markalı, 2 lülə, 12 çaplı, ARN-17176 nömrəli yivsiz ov silahın X3 tərəfindən saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, digər sənədlərlə, o cümlədən şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, “TOZ-34” markalı, 2 lülə, 12 çaplı, ARN-17176 nömrəli yivsiz ov silahı inzibati xəta törətmiş şəxsin deyil, onun qardaşı X1 xüsusi mülkiyyətindədir. Hansı ki, cinayət işi balanmasının rədd edilməsi haqqında qərarla X1 əməlində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinin tərkibi olduğundan qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar