Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2131/2024 25.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Kərimli Famil Ələsgər oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Masallı rayonu, Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İş materiallarına əsasən Şəxs 16 iyun 2024-cü il tarixdə X4 döyərək dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rac Səfərovun 06 oktyabr 2024-cü il tarixli Sübutların qiymətləndirilməsi qərarı polis şöbəsinin aidiyyəti xidmət sahəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin İctimai Təolükəsizlik bölməsinin sahə rəisi E.Cavadov tərəfindən inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 noyabr 2024-cü il tarixli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 16 iyun 2024-cü il tarixdə atası Bəhruz və anası ilə mal-qaranı otarmaq üçün torpaq sahələrinə aparmışlar. Bu zaman Elnur Bağırov və atasının əmisi oğlu Şəmsəddin gələrək mal-qaranı torpaqdan çıxarmalarını tələb etmişlər. Həmin vaxt Şəmsəddin onu vurmuş, lakin o, nə Elnuru, nə də ki, heç kimi vurmamışdır. Təqsirinin olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadəsində bildirdi ki, Elxanın atası Bəhruz heyvanları otarmaq üçün onun torpaq sahəsinə gətirmişdir. O, Bəhruzdan heyvanları torpaqdan çıxarmasını tələb etdiyi üçün Bəhruz əlində heyvan otarmaq üçün gəzdirdiyi 15 mm diametrli təxminən 3-4 metr uzunluğunda boru ilə onu vurmaq istəmişdir. Lakin o, malqaranı çıxarmaq üçün əlində olan taxtanı borunun qarşısına tutduğu üçün birinci dəfə boru ona dəyməmişdir. Sonra Bəhruz dəmir boru ilə onun sağ çiyin, sol yan və sağ yan hissəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Elxan onun arxasında olmuş və ağac parçası ilə onun başının arxa hissəsindən qulağının dibindən vurmuş və sağ qulağı partlamışdır. Həmin vaxt anası orada olmuş və Elxanın onu vurmasını görmüşdür. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş istintaq bölməsinin müstəntiqi Rac Səfərovun 06 oktyabr 2024-cü il tarixli Sübutların qiymətləndirilməsi qərarında nəzərdə tutulmuş X1 ifadəsinin bir hissəsi məhkəmə iclasında elan olunmuşdur. İfadəsi elan olunmuş şəxs Solmaz Bağırova hazırki iş üzrə zərərçəkmiş şəxs Elnur Bağırovun anasıdır. O, ifadəsində Elnur Bağırovun, Bəhruz Şahbazovun, Şəmsəddin Şahbazovun, Şəxs və Fəzilə Şahbazovanın mübahisə edərək dava-dalaş etdiyini və onları sakitləşdirmək üçün yaxınlaşdığını demişdir. O, ifadəsində Şəmsəddin Şahbazovun əlində olan taxta yabanın dəmir tiyəsi ilə əvvəlcə onun sağ qoluna, sonra isə sol qoluna bir dəfə vuraraq xəsarət yetirdiyini demişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mübahisə zamanı ondan başqa orada atası, anası, Elnur Bağırov və atasının əmisi oğlu Şəmsəddin Şahbazovun olduğunu bildirsə də, X10 Şahbazovun onu taxta ilə vuran zaman anasının da, orada olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs X5 anasının ifadəsində dava-dalaşdan sonra gəldiyini və Şəxs onun oğlunu taxta ilə vurmasını görməsini bildirmədiyi halda onun ifadəsində anasının hadisə vaxtı yanında olması və Şəxs onu vurmasını anasının da, görməsi ilə bağlı ifadələr arasında ziddiyətin səbəbi ilə bağlı sual ünvanlansa da, suala cavab verməmişdir. Buna görə də, məhkəmə onun ifadəsində anasının hadisə zamanı orada olması və Şəxs onu taxta ilə vurması ilə bağlı dəlilinə tənqidi yanaşır və ifadəsi həmin hissədə həqiqəti əks etdirmədiyindən sübut kimi qəbul etmir. Bundan başqa zərərçəkmiş şəxs X6 ifadəsində Bəhruz Şahbazovun əlində heyvan otarmaq üçün 15 mm diametrli təxminən 3-4 metr uzunluğunda boru gəzdirməsi ilə bağlı dəlili də, həqiqəti əks etdirmir. Belə ki, onun bu dəlilinin həqiqətə uyğun olmaması ilə bağlı suala cavab olaraq təxminən borunun 2 metr olmasını bildirmişdir. Bundan əlavə X9 Şahbazovun dəmir boru ilə onun sağ çiyin, sol yan və sağ yan hissəsindən vuraraq xəsarət yetirdiyini, Şəxs isə ağac parçası ilə onun başının arxa hissəsindən qulağının dibindən vurduğunu və sağ qulağının partladığını demişdir. Lakin sübutların qiymətləndirilməsi qərarında qeyd olunmuş və məhkəmədə elan olunmuş məhkəmə-tibb ekspertizasının 20 iyun 2024-cü il tarixli, 558 saylı rəyindən görünür ki, X3 başın ənsə nahiyyəsinin sıyrıqları, döş qəfəsinin, gövdənin sol yan hissəsinin və sol əlin 4-cü barmağının qançırı müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dəmir boru ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 16 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi Elnur Bağırov sağ yan hissəsindən və sağ qulağından xəsarət aldığını, nəticədə qulağının partladığını bildirsə də, ekspert rəyində qeyd olunan xəsarətlər öz əksini tapmamışdır. Bundan başqa bədənində aşkar olunmuş xəsarətlərin dəmir boru ilə vurulma nəticəsində əmələ gələ bilməsi qeyd olunmuşdur. Elnur Bağırova ifadəsində qeyd etdiyi xəsarətlərlə ekspert rəyində qeyd olunan xəsarətlər arasında ziddiyətin səbəbi ilə bağlı sual ünvanlansa da, suala cavab verməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən və onun təqsirli olması məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2131/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2131/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver