Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2132/2023 28.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-01 avqust 1984-cü ildə Masallı rayonu, Məmmədrzaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Məmmədrzaküçə kəndində qeydiyyatda olan və yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəəta haqqında protokola əsasən Şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində “VAZ-2107” markalı **- CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı rayonu, Məmmədrzaküçə kəndi ərazisində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs il ərzində təkrar olaraq nəqliyyat vasitəsini sürücülük hüququ olmadan alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin YPX-nin polis serjantı X2 izahatında göstərdi ki, 27 oktyabr 2023-cü il tarixdə “VAZ 2107” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs avtomaşını içkili vəziyyətdə idarə etməsi şübhələr yaratmış və ximəti avtomobillə onu müayinə olunmasına dəvət etmək məqsədi ilə saxlamaq qərarına gəlmişlər. Lakin sürücü onlardan aralanmış və maşını yol kənarında saxlayaraq yaxınlıdakı marketə getmişdir. Onlar sürücü Şəxs maşının saxladığı yerdə dayanmış və onun sərxoş olub-olmamasını yoxlmaq məqsədi ilə onu müayinədən keçməyə dəvət etmişlər. Sürücü əvvəlcədən buna etiraz etsədə müayinədən keçirilmiş və avtomaşını sərxoş vəziyyətdə idarə etməsi, həmçinin sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadan avtomaşını idarə etməsi müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası İXM-nin 334.2-ci madəsinin tələblərini pozduğuna görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Ərkivan qəsəbəsində marketlərin birində olarkən iki nəfər Polis əməkdaşı ona yaxınlaşaraq avtomaşını içkili vəziyyətdə idarə etdiyini və onlarla birlikdə Masallı rayon Polis şöbəsinə getməli olduğunu bildirmişlər. O həmin vaxt Polis əməkdaşlarına ikçili olmadığını bildirsədə onlar onu yolun kənar dayanmış avtomobilinin yanına gətirmişlər. Aralarında bir qədər söhbət olduqdan sonra onu və avtomaşınını Masallı Rayon Polis şöbəsinə gətirmişlər və barəsində qanunsuz olaraq protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil, o içkili vəziyyətdə avtomaşını idarə etməmiş və içkili olması ilə bağlı analiz verməmiş, alkotester müayinəsindən keçirilməmişdir. İş materiallarında olan alkotester analizi nəticəi ona aid deyil. Polis əməkdaşları onu maşını idarə edən edərkən saxlamamış və maşını yol qarağında dayanmış vəziyyətdə olmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə protokoldan və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərmə barədə protokoldan görünür ki, avtomobil duracağa yerləşdirilmiş və Şəxs sərxoşluq vəziyyəti ilə bağlı tibbi müayinəyə göndərilməsi haqqında protokol tərtib edilmişdir. Tibbi müayinə barədə protokoldan məlum olur ki, Şəxs tibbi müayinəyə aparılmamışdır. AP-0331205 nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs protokolun surətini almamışdır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 329.1; 332.1 və 334.1-ci madəsinin tələblərini pozduğuna görə 500 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin yoxlanmasına dair ALCOVİSİOR-AZ817 ACE Z-Series markalı alkotestin İN:642539 saylı (protokollaşdırma 00022) çıxarışından görünür ki, Şəxs yoxlama zamanı 1,575 faiz sərxoşluq müəyyən edilmişdir. İş materiallarına olan kompakt diskdə YPX avtomobilinin qeydiyyata aldığı videgörüntüdən məlum olur ki, yol patrul xidməti əməkdaşları yol kənarında saxlanılmış VAZ 2107” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissəsində YPX avtomobilini saxlamışlar, daha sonra YPX inspektoru Əldadaş Aslanov özü yolu keçərək, özlərinin deməsinə görə marketdən Şəxs YPX avtomobilinin qarşı hissəsinə gətirmiş, orada sərxoş vəziyyətdə avtomobili idarə etməsi barədə sohbətlər aparmışlar. Daha sonra avtomobil və Şəxs polis şöbəsinin inzibati binasının arxa hissəsində olan əraziyə gətirilmiş, avtomobil duracağa yerləşdirilmiş, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi ilə bağlı heç bir təklif və ya real hərəkət edilməmişdir. Müəyyən müddət danışıqlardan sonra Şəxs sərbəst surətdə ərazini tərk edərək getmişdir. Həmin videgörüntüdə Şəxs alkotester vasitəsi ilə müayinə olunması barədə heç bir çəkiliş müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5. və 96.6.-cı maddələrinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli, Q25-001- 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»ın 5.10.-cu bəndinə əsasən YPX inspektoru tərəfindən alkotester və narkotester Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir. Göstərilən Təlimatın 4.7.-ci maddəsinə görə YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin Təlimatın 5.11.-ci bəndinə əsasən şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Göstərilən Təlimatın 7.11.-ci maddəsinə görə nəqliyyat vasitəsinin dayandırılması haqqında qərar hər bir konkret halda YPX inspektoru tərəfindən qanun pozuntusunun davam etdirilməsini istisna edən konkret şərait nəzərə alınaraq müstəqil şəkildə qəbul edilir. Nəqliyyat vasitəsinin sürücüsünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olan halda nəqliyyat vasitəsi dayandırılır. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma sürücünün sərxoşluq vəziyyətinə dair xüsusi texniki vasitələrin göstəricilərinə və ya tibbi müayinənin nəticələrinə uyğun olaraq həyata keçirilir. Həmin Təlimatın 8.17.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotester) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalari”nın 2.1.-2.7.ci bəndlərinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: -2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; -2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; -2.1.3. özünü idarə edə bilmədikdə. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmçinin İXM-in 8.1. və 8.3.-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcələnin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Beləliklə məhkəmə inzibati materialı tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, qanunla sərxoşluq vəziyyətinin müəyyən olunmasına dair tələblər yol patrul xidmətinin əməkdaşı tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdir. Belə ki, şəxsin sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Yol inspektoru tibbi müayinə alokotestrlə aparılsada, hal şahidlərinin iştirakını təmin etməmiş və ya tibbi müayinənin aparılmasına dair video çəkiliş aparmamışlar. Bundan başqa Şəxs alkotester vasitəsi ilə müayinə olunması müəyyən olunmur. Bu barədə iş materiallarında müayinə nəticəsi olsa da, YPX avtomobilin qeydə aldığı videogörüntüdə bu hal müşahidə olunmur, ümumiyyətlə həmin görüntüdə alokotesterdən keçirilmə, buna dair etiraz müşahidə olunmur. Beləliklə, araşdırma nəticəsinə görə göstərilən pozuntular səbəbi ilə Şəxs avtomobili sərxoş vəziyyətdə idarə edib-etməməsini müəyyən etmək mümkün deyil. Belə ki, şübhəli hallar onun xeyrinə həll olunur. Belə olan halda məhkəmə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 53.2., 109, 112, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında icraata, həmin Məcəllənin 53.2.-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-2132/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2132/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver