Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2132/2024 25.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxx 1989-cu ildə Masallı rayonu, Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, “Azəriqaz” İB-də nəzarətçi köməkçisi işləyən, orta təhsilli, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 16 iyun 2024-cü il tarixdə, saat 08 radələrində yaşadığı Masallı rayonu, Xıl kəndində həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onları döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, 1997-ci il tarixdə Masallı rayon Aqrar İslahat Komissiyası tərəfindən onun və ailə üzvlənin mülkiyyətinə Masallı rayonu, Xıl kəndində 0.92 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verlmişdir. Həmin torpaq sahəsini əkib becərməklə ailəsini dolandırır. Həmkəndlisi Zərərçəkmiş şəxs1 mütamadi olaraq həmin torpaq sahəsinin ona aid olduğunu idda edərək onunla mübahisələr edir. 16 iyun 2024-cü il tarixdə, saat 08 radələrində qohumu Elnur Bağırovgilə süd aparmış, həmin vaxt Elnurun sahə ilə Bəhruzun yanına getdiyini görmüş, o, südü Elnurun həyətinə qoyaraq arxası ilə sahəyə getmişdir. Oraya çatdıqda Elnurun Bəhruza məxsus heyvanları sahədən çıxarmaq istədiyini görmüşdür. Həmin vaxt Bəhruza “Sən nə hayasız adamsan, sənə deyilib ki, bu torpaq sahəsinə heyvanlarını salma” demişdir. Bu zaman Bəhruz əlində olan dəmir boru ilə onun üzərinə hücum etmiş və onun baş nahiyəsinin sağ tərəfinə bir zərbə vurmuşdur. Orada olan Bəhruzun arvadı Fəzilə Bəhruzu ondan ayırmış, bu zaman Elnur Bəhruzun onu vurduğunu görüb ona yaxınlaşaraq dalaşmağa bağlamışlar. Sonra Elnurun anası Solmaz Bağırova oraya gəlib öz iradını bildirib onların ayrılmasını istəmiş, bu zaman Şahbaz Şahbazov öz sahəsindən əlində olan yaba ilə qaçaraq hadisə yerinə çatmış və yabanın dəmir tiyəsi ilə Elnurla Bəhruzu ayıran Solmaz Bağırovanın hər iki qoluna zərbə endirmişdir. Bundan sonra o, əlində olan ağac parçası ilə Elxanın əlinə, Bəhruzun isə ayağına vurmuşdur. Elnur isə Şahbazın əlində olan yabanın taxta hissəsindən tutub kənara ataraq polisə şikayət edəcəyini dedikdən sonra onlar ayrılaraq öz yaşadığıları evə qayıtmışlar. Hazırda əməlindən peşmandır. Göstərilənlənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, dayısı oğlu X1 məxsus Masallı rayonu Xıl kəndində yerləşən 1.32 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini etibarnamə ilə bir il müddətinə onun istifadəsinə vermişdir. Həmkəndliləri Şəxs və Elnur Bağırov mütamadi olaraq həmin torpaq sahəsinin onlara aid olduğunu idda edərək onunla mübahisələr etmişlər. xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində təsərrüfatında olan iribuynuzlu heyvanlarını otarmaq üçün Elnur Bağırovun yaşadığı evin qarşısından keçərək istifadəsində olan torpaq sahəsinə gətirmişdir. Həmin vaxt onun əlində yaba olmuşdur. Təxminən 15-20 dəqiqədən sonra X3 və oğlu Zərərçəkmiş şəxs2 arxasıyca evində qalan heyvanları aparmışlar. Bu zaman Elnur Bağırov və Şəxs ona yaxınlaşıb heyvanlarını oradan çıxartmasını bildirərək əllərindəki ağac parçası ilə heyvanlarını torpaq sahəsindən çıxartmağa başlamışlar. O, Elnur Bağırova “Heyvalarına vurma, hüzürlüyəm, ged işinlə məşğul ol, nə vaxt bu torpaq sahəsini dövlət sənə verərsə onda gəlib istifadə edərsən” demişdir. Həmin vaxt Elnur Bağırov onunla sözlə mübahisə edən zaman Şəxs əlində olan ağac parçası ilə onun sol diz nahiyyəsinə bir zərbə vurmuş, arxaya dönən zaman Elnur Bağırov arxadan onu tutaraq yerə yıxmış və əli ilə boğmağa başlamışdır. X3 və oğlu Elxan Şahazov onları ayırmağa çalışarkən Şəmsəddin əlindəki ağac parçası ilə oğlu Elxanın da əlindən vurmuşdur. Sonra qardaşı Şahbaz Şahbazov yanına gəlmiş və onlara öz iradını bildirmişdir. Daha sonra isə onun səhəti pisləşmiş, o, özünə gələndə təcili yardım maşınını və polis əməıkdaşlarının yanında olduğunu görmüşdür. Təcili yardım maşını ilə xəstəxanaya gəlmiş, xəstəxanada ona ilkin tibbi yardım göstətərildikən sonra evə buraxılmışdır. Hal-hazırda Şəxsla barışmadığından məhkəmədən barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verərək məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 20 iyun 2024-cü il tarixli, 561 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ diz nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, ağac parcası ilə vurulma və yer səthinə çırpılma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 16 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 20 iyun 2024-cü il tarixli, 562 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol əlin arxa hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, ağac parcası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 16 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Masallı RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 06 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, inzibati xəta haqqında 25 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-2132/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2132/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver