Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2133/2024 25.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş sübutların qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 25 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan və yaşayan Bağırov X3 RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Masallı rayonu, Xıl kəndində həmkəndlisi Şəxs onu döydüyünü və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, dayısı oğlu X1 məxsus olan Masallı rayonu, Xıl kəndində yerləşən ümumi sahəsi 1.32 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini istifadəsi üçün Masallı şəhərində yerləşən Masallı regional “Asan xidmət" mərkəzində notariat ofisində etibarnamə ilə bir il müddətinə onun istifadəsinə vermişdir. Həmkəndliləri Şahid1 və Zərərçəkmiş şəxs mütamadi olaraq həmin torpaq sahəsinin onlara aid olduğunu iddia edərək, onunla mübahisə edirlər. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində təsərrüfatında olan iribuynuzlu heyvanlarını otarmaq üçün Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından keçən küçədən istifadə edərək, istifadəsində olan torpaq sahəsinə gətirmişdir. Həmin vaxt onun əlində yaba olmuşdur. Təxminən 15-20 dəqiqədən sonra X7 və oğlu Şahid2 onun arxasınca evində qalan heyvanları da gətirmişlər. Bu zaman Zərərçəkmiş şəxs və Şahid1 ona yaxınlaşıb, heyvanlarını həmin sahədən çıxarmasını tələb etmişlər. Əllərində olan ağac parçası ilə heyvanlarını torpaq sahəsindən çıxardaraq sürməyə başlamışdırlar. O, Zərərçəkmiş şəxs “heyvalarına dəyməməsini hüzürdə olduğunu, gedib işi ilə məşğul olmasını, nə vaxt bu torpaq sahəsini dövlət ona verərsə onda gəlib istifadə edəcəyini” bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs onunla sözlə mübahisə edən zaman Şahid1 əlində olan ağac parçası ilə arxadan onun sol diz nahiyyəsinə bir zərbə vurmuşdur. O, arxaya dönən zaman Zərərçəkmiş şəxs onu tutaraq yerə yıxmış və əli ilə boğmağa başlamışdır. X7 və oğlu Şahid2 onu Zərərçəkmiş şəxs ayırmışlar. Daha sonra qardaşı Şahbaz hadisə yerinə gəlmiş Elnur və Şəmsəddinə öz iradını bildirmişdir. Bundan başqa Şəmsəddin hadisə vaxtı arvadına xəsarət yetirmiş, lakin arvadı Şəmsəddin ilə qohum olduğu üçün hadisəni ondan gizlətmişdir. O, Elnuru döyməmişdir. Elnur qərəzli olaraq ondan şikayət etmiş, ona böhtan atılmışdır. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 1997-ci il tarixdə Masallı rayonu Aqrar İslahat Komissiyası tərəfindən ona verilmiş, olan Masallı rayonu Xıl kəndində yerləşən ümumi sahəsi 1.10 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini əkib-becərməklə ailəsini dolandırır. Həmkəndlisi Şəxs mütamadi olaraq həmin torpaq sahəsinin ona aid olduğunu iddia edərək, onunla mübahisələr etmiş, buna görə o, Masallı Rayon Məhkəməsinə idda ərizəsi ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixə axrıncı məhkəmə iclası təyin olunmuş və bu müddətə kimi Şəxs həmin torpaq sahəsindən istifadəsini qadağan etmişdir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı evin həyətindən küçəyə çıxmış, bu zaman Şəxs ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təsərüfatında olan iribuynuzlu heyvanları otardığını görmüşdür. O, sahə istiqamətinə getmiş və Şəxs heyvanlarını sahədən çıxarmasını bildirmişdir. Bu zaman Bəhruz əlində olan turba ilə onu vurmaq istəyən zaman əlindəki ağac parçası ilə zərbədən yayınmış, lakin ikinci dəfə turba zərbəsindən yayına bilməmişdir. Daha sonra Bəhruz onun əl və bədəninin müxtəlif nahiyəsinə xəsarətlər yetirmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs evinə süd gətirmiş, Elnurun həyətinin qarşısında olan zaman onun evinin qarşısında olan torpaq sahəsinə doğru getdiyini görmüş, bundan sonra o da Elnurun arxasınca sahəyə getmişdir. Həmin vaxt Elnur Şəxs məxsus olan heyvanları sahədən çıxarmaq zaman o hadisə yerinə çatmış və Şəxs uca səslə "sən nə hayasız adamsan, sənə tapşırılıb ki, bu torpaq sahəsinə heyvanlarını salma” demişdir. Bu zaman Şəxs onun üzərinə əlində olan dəmir boru ilə hücum etmiş və onun baş nahiyəsinin sağ tərəfinə dəmir boru ilə bir zərbə vurmuşdur. Orada olan Şəxs arvadı X2 ayırmışdır. Həmin vaxt Şəxs əlində olan turba ilə Zərərçəkmiş şəxs əl nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Bundan başqa Bəhruzun oğlu Elxan da həmçinin Elnurun baş nahiyəsinə əlindəki ağac parçası ilə zərbə endirmişdir. Məhkəmə iclasında Şahid2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində atası Şəxs təsərrüfatında olan iribuynuzlu heyvanlarını otarmaq üçün istifadəsində olan torpaq sahəsinə gətirmiş, təxminən 10-15 dəqiqədən sonra anası Fəzilə Şahbazova ilə onun arxasınca qalan heyvanları aparmışdır. Torpaq sahəsinə çatan zaman Zərərçəkmiş şəxs və Şahid1 onlara yaxınlaşdığını görmüş, bu zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, “heyvanlarını burdan çıxart”. Daha sonra əlində olan ağac parçası ilə heyvanlarını torpaq sahəsindən çıxardaraq sürməyə başlamışdır. Atası Şəxs Zərərçəkmiş şəxs “dəymə heyvalarıma, mən hüzürlüyəm get işinlə məşğul ol, nə vaxt bu torpaq sahəsini dövlət sənə verər, onda gəlib istifadə edərsən” demişdir. Bu zaman Zərərçəkmiş şəxs atası Şəxsla sözlə mübahisə edən zaman Şahid1 əlidə olan ağac parçası ilə arxadan atası Şəxs sol diz nahiyyəsinə bir zərbə vurmuş, atası Şəxs arxaya dönən zaman Zərərçəkmiş şəxs arxadan atası Şəxs tutaraq yerə yıxmış və əli ilə boğmağa başlamışdır. Həmin vaxt o, tərəfləri ayırmağa çalışmışdır. Hadisə zamanı atası Bəhruz heç kimi vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sübütların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 558 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin sıyrıqları,döş qəfəsinin və gövdənin sol yan hissəsinin və sol əlin İV barmağının qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dəmir boru, taxta parçası və yaba (şana) ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 16 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq, sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fotoşəkilllərdən görünür ki, Zərərçəkmiş şəxs başının arxa nahiyəsində, sifətinin müxtəlif nahiyəsində və döş qəfəsində və gövdənin sol yan hissəsində xəsarətlər vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan sübütların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, şahidlərin izahatları, fotoşəkillər, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini əvvəllər eyni xarakterli hərkətə görə barəsində inzibati tənbeh tədbirinin görülməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-2133/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2133/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver