Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2133/2025 26.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1, X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş inzibati protokolu əsassız hesab edərək ləğv edilməsi və polis əməkdaşının cəzalandırılmasını xahiş etmişdir. Daxil olmuş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür və bu səbəbdən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apelyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Ərizəçiyə izah olunmalıdır ki, inzibati xəta haqqında protokoldan deyil, həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan şikayət edildikdə və verilmiş şikayətə həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar əlavə edlidikdən sonra baxılması mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində tərtib olunmuş protokolun ləğv edilməsinə dair şikayəti və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2133/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2133/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver