Məhkəmə qərarları › İş №3(050)-2135/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2135/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2135/2024 05.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayətçi X3 və Masallı RPŞ-nin X7 bölməsi Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin polis kapitanı X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin polis kapitanı X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Masallı Rayon Polis Şöbəsinin (RPŞ) X7 (bundan sonra: DYP) bölməsinin əməkdaşı X2 tərəfindən qeyri qanuni olaraq inzibati tənbeh vermə haqqında qərar tətbiq edilmişdir. Qərara əsasən, xx.xx.2024-ci il tarixində yol ayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-nin 327.2-ci maddəsi göstərilmişdir. İXP ******* nömrəli protokola əsasən verilən qərar heç bir halda araşdırılmamış və sübuta yetirilmədən qüvvədə saxlanılmışdır. O, xx.xx.2024-cü il tarixdə saat 07:45 radələrində, **-FO-*** qeydiyyat nişanlı avtomobildə, Masallı şəhəri İsgəndərli dairəsindən keçib bir tərəfli yol ilə hərəkət etdiyi zaman YPX inspektoru Ruslan Rəhimov (**-YP-***), onu saxlamışdır. Onun inzibati pozuntu etdiyini sübut etmədən inzibati protokol tərtib etmişdir. Yol polisi müfəttişinin gözlə gördüyünə əsaslanaraq, tərtib etdiyi inzibati protokola əsasən yazılan cərimənin düzgün olmadığını bildirmək istiyir. Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kameralarının olmasına baxmayaraq, video görüntü materialları araşdırılmamışdır. Bundan başqa, DYP avtomobillərində olan kamera görüntüləridə təqdim olunmamışdır. Beləliklə, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 46.2-ci maddəsinin tələbi pozulmuşdur. Qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həmişə İsgəndərli dairəsindən bazar ərazisinə gəlmişdir. Orada hər hansı bir yol nişanı yoxdur. Həmin yoldan keçdiyi zaman yolun sağ tərəfini gözləmiş və sağ tərəfdən avtomobil gəlmədiyi zaman yoluna davam etmişdir. Həmin günü o, yolu keçib marketin qarşısında saxladıqdan sonra polis əməkdaşı Ruslan Kərimov onu çağırmış və onu polis avtomobilinə otuzdurmuşlar. Ruslan ona cərimənin böyük olduğunu 40 manat verib getməsini bildirmişdir. O, isə nə üçün pul verməli olduğunu bildirmişdir. Bundan sonra Ruslan Kərimov polis əməkdaşını çağıraraq ona cərimə yazmasını bildirmişdir. O, həmin vaxt Ruslana oğlunun da polis əməkdaşı olduğunu, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olduğunu ona hörmət etmələrini bildirmişdir. Lakin onun sözlərini dinləməyərək təkidlə polis əməkdaşına onun barəsində cərimə protokolu yazmasını bildirmişdir. Prokurordan körpünün yanında olan müşahidə kameralarının görüntülərinin çıxarılmasını xahiş etmiş olsa da, lakin həmin görüntülər çıxarılmamışdır. Həmçinin dəfələrlə polis şöbəsinə gəlib Asəf müəllimdən həmin görüntülərin çıxarılmasını xahiş etmiş və barəsində tərtib olunmuş protokolla bağlı şikayətlər etdiyini bildirmiş olsa da, lakin həmin görüntülər çıxarılmamışdır. Eləcədə onu protokola və qərara imza etməyə məcbur etmiş olsalarda o, imza etməmişdir. Bu günədək barəsində inzibati xəta haqqında protokol tərtib olunmamış, nədəki avtomobili cərimə meydançasına yerləşdirilməmişdir. Heç vaxt inzibati xəta törətməmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Masallı RPŞ-nin X7 bölməsi Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Ərkivan dairəsindən İsgəndərli dairəsinə tərəf hərəkətdə olmuşlar. Körpünün üzərində baş yol nişanı vardır. Vətəndaş H.Əliyev prospektindən üzü İsgəndərli dairəsinə hərəkət etmişdir. Vətəndaş avtomobilləri gözləyib yol verməlidir. Lakin onlar yaxınlaşdıqları zaman vətəndaş öz hərəkətini dayandırıb sağ yol istiqamətdə hərəkətdə olan polis maşınına, yəni onlara yol verməli olduğu halda yoluna davam etmişdir və bu zaman onlar əyləci başmağa məcbur olmuşlar. Vətəndaş yolu keçib avtomobilini saxlamış və onlarda avtomaşını saxlayaraq həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim etmişlər. Vətəndaş yol ayrıcını keçmə qaydalarına riayət etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati qaydada protokol tərtib etmişlər. Həmin görüntülər çıxarılmış və məhkəməyə təqdim edilmişdir. Məhkəmədən şikayət əsassız olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 07:43 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin pozduğuna görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hadisə ilə bağlı təqdim edilmiş Diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə sürücü X5 yolayrıcını keçmə qaydalarını pozmuşdur. Yəni, o, sağ istiqamətdə baş yolda hərəkət edən avtomobili keçməsini gözləməyərək yoluna davam etmişdir. İş materilları, tərəflərin izahatları, baxış keçirilmiş Disklə müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 07:43 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd edilmişdir ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 05 noyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında protokol və qərarla, hadisə ilə bağlı təqdim edilmiş Disklə, eləcədə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsi polis söbəsi tərəfindən təqdim edilmiş sənədlərlə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 05 noyabr 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar