Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2139/2025 09.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 sentyabr 2025-ci il tarixdə saat 11:05 radələrində Masallı rayonu Hacıtəpə kəndi ərazisində özünə məxsus atarabası ilə hərəkət olarkən qarşıdan gələn “Chevrolet” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus atarabası ilə dar yolda dönəcəkdə dönən zaman qarşıdan avtomobil gəldiyini görmüşdür. Qarşıdan gələn avtomobilin sağında yetəri qədər boş yer olmuş, onun isə idarə etdiyi atarabasının sağında yer olmamışdır. Ancaq onu edə bilmişdir ki, yoldan çıxmış və idarə etdiyi atarabası orada olan divara və internet dirəyinə sürtünərək dayanmışdır. Qarşıdan gələn avtomobil isə onun idarə etdiyi atarabasına dəyərək əzilmişdir. Qəza nəticəsində arabaya qoşulmuş atda xəsarət alaraq əzilmiş və hazırda axsıyır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, üzü yola tərəf çıxdığı zaman qarşıdan iki ədəd atarabası gəldiyini görmüşdür. O, avtomobili sağa çəkərək dayanıb yol vermişdir. Əgər o, onun geniş dönəcəkdə görmüş olsaydı ona yol verəcəkdi. Eləcədə orada sərt döngə yoldur. Ola bilərki ensiz küçə olsun o, maşını sağ tərəfə çəkib yol vermişdir. Atarabasının at hissəsidə keçmiş, araba hissəsidə keçmiş, lakin arabanın tini maşının sol qanadına dəymişdir. O, maşını saxlayıb maşından düşmüşdür. Naibə ona dəyən xəsarətin ödənilməli olduğunu demişdir. Ona dəymiş zərərin ödənilməsini xahiş edir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş; 22 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 sentyabr 2025-ci il tarixdə saat 11:05 radələrində Masallı rayonu Hacıtəpə kəndində özünə məxsus atarabası ilə hərəkət olarkən qarşıdan gələn “Chevrolet” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs 22 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı iznibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Tərəflərə inzibati xəta nəticəsində dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək barədə hüquqları izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2139/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2139/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver