Məhkəmə qərarları › İş №3(050)-2140/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2140/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2140/2025 29.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Masallı rayonu, Məmmədrzaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 8 yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Məmmədrzaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1611,20 manat əsas borc, 244,19 manat faiz borcu, cəmi 1855,39 manat borc və 38,55 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli 264/23 saylı alqı-satqı müqaviləsinə əsasən 452,34 (dörd yüz əlli iki manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dəbbə pulu və çəkilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Mətanət-A” şirkətinə ödənilməlidir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 19000 manat tutulmalıdır. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1611,20 manat əsas borc, 244,19 manat faiz borcu, cəmi 1855,39 manat borc və 38,55 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli 264/23 saylı allqı-satqı müqaviləsinə əsasən 452,34 (dörd yüz əlli iki manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dəbbə pulu və çəkilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Mətanət-A” şirkətinə ödənilməlidir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 19000 manat tutulmalıdır. Borclunun ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. Borclunun əmlakına baxış keçirilmiş heç bir əmlakı aşkar edilməmişdir. Borclu barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə qərarına əsasən borclu 500 manat məbləğində cərimə olunmuşdur. Borclu bildirmişdir ki, hər ay 200 manat olsa borcundan ödəyəcəkdir. Hazırkı tarixdə borclu heç bir ödəniş etməmişdir. Tələbkar borclu barəsində protokol tərtib olunmasını xahiş etmişdir. borclu tərəfindən hazırkı tarixədək heç bir ödəniş edilmədiyindən barəsində inzibati qaydada protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, iyul ayında barəsində məhkəmə olmuş və o, tələbkar Zərərçəkmiş şəxs hər ay minimum 200 manat ödəyəcəyini demişdir. Hal-hazırda işlədiyi yerin fəaliyyəti çox zəifdir. Bu günkü gün o, Zərərçəkmiş şəxs təklif etmişdir ki, 500 manat borc edib ona verə biləcəkdir. Birdə qardaşından xahiş etmişdir ki, ona dəstək olsun bu problemi həll etsin. Zərərçəkmiş şəxs isə ona olan borcun müəyyən qədərini ödəsin sonra. O, isə bildirir ki, bizneslə məşğul olmuş və iflasa uğramışdır. Bu günkü gündə helə bir əmlakı yoxdur ki, satıb borcunu ödəsin. Bu günkü gün əgər həbs olunsa işləyə bilməyəcəkdir, lakin tutulmasa işləyib müəyyən ödəniş edə biləcəkdir. Lakin həbs olunacağı təqdirdə işini itirə biləcəkdir. Bu günkü gün onun maddi durumu imkan vermir ki, o, ay ərzində 500 manat ödəniş edə bilsin. Amma qardaşından ona kömək etməsini xahiş etmiş və qardaşıda qohumlarından 500 manat borc alıb və həmin pulu Zərərçəkmiş şəxs təqdim edəcəkdir. Hər ayda 300-500 manat ödəyə biləcəkdir. Onun və ailəsinin maddi durumu çox aşağı səviyyədədir. Məhkəmədən ona möhlət verilməsini xahiş edir ki, işləyib borcunu ödəsin. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunun dediyi sözlərin heç biri doğru deyildir. Borclu qeyd edir ki, kimlərinsə ona verəcəyi vardır. Onun dediyi adamların bir neçəsindən gedib soruşur, görür ki, əksinə borclunun həmin şəxslərə borcu vardır. O, pulunu tələb edir. Bir neçə ay əvvəl məhkəmə olmuşdur. Lakin məhkəmə niyə onu cərimə etmiş həbs etməmişdir. Borcluya 19000 manat pul vermişdir, borcluda hər ay ona 500 manat qazanc verəcəyini bildirmişdir. Mağazasının yandığını deyir amma mağazası yanmayıb. Ona heç kim zərər vurmayıb, yalandan onunbunun üzərinə atır ki, ona zərər vurublar. Borcludan borcunu ödəməsini tələb edir borcunu ödəmədiyi təqdirdə borclunun inzibati qaydada həbs olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, borclu Rəcəbov X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1630/2025 saylı icra sənədini üzürlü səbəb olmadan icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 29 sentyabr 2025-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar