Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2143/2023 08.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, Hakim köməkçisi X2 Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB--nin 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB--nin 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X4 izahatında göstərmişdir ki, onun oğlu on il hərbi xidmətdə olmuş, müharibə iştirakçısıdır. xx.xx.2023-ci il tarixdə oğlu Tağzadə Asifi dərman almağa göndərmişdir.Avtomaşını idarə edərkən oğlunu Masallı RPŞ-in DYPB-nin əməkdaşıları saxlayıb özlərini təqdim etməyərək nəqliyyat vasitəsini cərimə meydançasına aparmışlar. Heç bir mütəxəsis gətirilmədən avtomaşına baxış keçirilmiş və konstruksiya dəyişikliyi barədə protokol və qərar tərtib edilmişdir.Oğlu hədələnərək protokola imza etdirilmişdir.Oğlu Asif avtomaşında konstruksiya olub-olmamasının dəqiqləşdirilməsi üçün usta çağırılması barədə polis əməkdaşlarına xahiş etsədə onlar buna məhəl qoymamışlar. Daha sonra oğlu avtomaşını cərimə meydançasından çıxarandan sonra ustaya aparıb yoxlatdırmış və usta avtomaşında konusturuksiya dəyişikliyi olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB--nin 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərar oğlu X6 barəsində tərtib olunmuş onun savadı olmadığına görə qərardan etibarnaməsi olmadan şikayət onun tərəfindən verilmişdir. Göstərilənlərin nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etdi. 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 08:40-də “VAZ 21065 MİNİK” markalı, **-BA-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən “nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi” qaydalarını tələblərinin pozulması əsası ilə DİN-in Masallı RPŞ-in DYPB-nin, polis kapitanı X7, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinib 150 manat inzibati cərimə olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcələnin 65.6-ci maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcələnin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcələnin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1.), inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5.) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar geri qaytarılmalıdır. Beləki, iş materialından görünür ki, DİN-in Masallı RPŞ-in DYPB--nin 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı qərarı X5 barəsində tərtib olunsada, həmin qərardan məhkəməyə etibarnamə olmadan atası X8 şikayət verilmişdir. Odur ki, şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB--nin 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-2143/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2143/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver