Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2144/2023 30.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin Boradigah PB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonu, Böyük Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Böyük Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Polis şöbəsinin Boradigah Polis bölməsindən daxil olmuş xx.xx.2023cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Kolatan kəndində Zərərçəkmiş şəxs Fəxtrəddin qızının boyun nahiyəsinə qəsdən yumruqla vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin sahə rəisi, X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Böyük Kolatan kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə, eləcə də Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 22 radələrində qaynı Elşən tərəfindən döyülməsini göstərmişdir. Bundan başqa, xx.xx.2023cü il tarixdə Masallı rayonu, Böyük Kolatan kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə, eləcədə Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 22 radələrində qaynı Elşənin onu üzərinə bıçaqla gəlməsini göstərmişdir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Böyük Kolatan kəndində yaşayan Şəxs DİNnin 102 xidmətinə, eləcə də Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 22 radələrində qardaşının qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ona şər-böhtan ataraq, polisə şikayət etməsini göstərmişdir. Araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə qaynı Şəxs arasında xx.xx.2023cü il tarixdə Masallı rayonu, Böyük Kolatan kəndində fərdi yaşayış evələrinin qarşısında mübahisə baş vermişdir. Daha sonra tərəflər arasında baş verən mübahisə münaqişəyə çevrilmiş və həmin zaman Şəxs Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış və nəticədə cinayət işi başlanmasının rədd edilməsi barədə haqqında qərar qəbul edilmiş, əməldə inzibati xəta olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü protokollar tərtib edilərək, məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2022-ci illin noyabr ayında Şahid2 ilə ailə həyatı qurmuş və onunla birlikdə Böyük Kolatan kəndində ona məxsus fərdi yaşayış evində yaşayır. O, hərdən əri Bəhruzla birlikdə Böyük Kolatan kəndində yaşayan qayınanası Naziləyə dəyməyə gedirmiş və hərdən Nazilənin yanında qalırmış. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Kolatan kəndində qaynı Elşən ilə əri Bəhruz arasında mübahisə olmuş, bu zaman o, onların dalaşmaması üçün araya girmiş, Elşənin qardaşı Bəhruza tərəf atdığı əli ona dəymiş və boynu cırılmışdır. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində qanunamüvafiq qaydada inzibati tənbeh verilməsini xahiı etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, o, qardaşı Şəxs əl atmamış, Zərərçəkmiş şəxs onların arasına girməmiş, ona hər hansı bir formada toxunmamış, onu döyməmişdir. Sonda Şəxs inzibati xəta törətmədiyini bildirib barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Şəxs oğludur. Zərərçəkmiş şəxs isə digər oğlu Bəhruzun arvadıdır. xx.xx.2023-cü il tarixdə saat 20.00 radələrində böyük oğlu Bəhruz arvadı Məxmirə ilə ona baş çəkməyə gəlmişdilər. Həmin vaxt onlar evin ikinci mərtəbəsində olmuş, Şəxs isə həyətdə olmuşdur. Bir müddət sonra Bəhruz və Məxmirə onun yanından ayrılıb evlərinə getmək üçün həyətə düşmüş, bir müddət sonra həyətdən səs eşşitmiş, çölə çıxanda görmüşdür ki, Məxmirə Elşənlə mübahisə edir, Bəhruz isə həyətdə avtomobili işə salır. O, Elşənin çiynindən tutaraq, getməsini tələb etmiş, Elşən də çıxıb getmişdir. Onlar arasında hər hansı münaqişə olmamışdır. Mübahisə vaxtı heç kim bir-birini vurmamış, Elşənin əli Məxmirəyə dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, Şəxs qardaşı, Zərərçəkmiş şəxs isə faktiki nikahda yaşadığı arvadıdır. Mübahisədən bir gün qabaq arvadı Məxmirəni anası Nazilənin evinə gətirmiş, həmin vaxt qardaşı Elşənlə Məxmirə arasında narazılıq yaranmış, Elşən Məxmirəni söyüb təhqir etmişdir. Həmin günü Elşən ona da zəng edərək telefonda nalyiq söyüşlərlə söyüb təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə saat 20.00 radələrində arvadı Məxmirə ilə birlikdə yenidən anası Nazilənin yaşadığı evə getmiş, evin ikinci mərtəbəsində olduqları vaxt Elşən onu həyətə çağırmış, həmin vaxt anası Nazilə və arvadı Məxmirə də onun arxasınca həyətə düşmüşlər. Elşən onlarla mübahisə edərək, ünvanlarına söyüşlər söymüş, anası Elşənə acıqlanmış, ona da irad bildirdikdən sonra həyətdən çıxıb maşına əyləşib işə salaraq döndərməyə çalımış, Elşən isə yenidən onlara qarşı söyüşlər söymüş, həmin vaxt anası Nazilə yerdən vedrəni götürüb Elşəni vurmaq istəmişdir. Elşən də həmin vaxt Məxmirənin üstünə gedərək, onu vurmuşdur. O, həmin vaxt maşında olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs döymə və ya sair zorakı hərəkətlər etməklə Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirməsi sübut olunmur. Belə ki, araşdırma zamanı hadisənin baş verdiyi zaman hadisə yerində olmuş şahidlərin ifadəsi ilə də bu hal təsdiqini tapmır. Şahidlərdən hadisə yerində olmuş X3 vurmadığını, əlinin ona dəymədiyini, digər şahid onun faktiki əri X4 vurmasını bildirir. Zərəçəkmiş şəxsdə hər hansı bir xəsarətin olması onun birmənalı şəkildə barəsində inzibati icraat aparılan şəxs tərəfindən döyülməsini təsdiq etmir. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-2144/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2144/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver