Məhkəmə qərarları › İş №3(050)-2145/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2145/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2145/2023 11.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, X1 iştirakı ilə, X5 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən cərimə olunmuşdur. Cərimə olunmağının əsası icarə əsasında işlətdiyi Qrand kafesinin ərazisində tullantıların əmələ gəlməsidir. Ona yazılmış qərar kökündən səhvdir. İşlətdiyi obyektin ərazisində zibil qabları mövcuddur. Onun Masallı rayon Ərkivan Bələdiyyəsi ilə zibillərin daşınması barədə müqaviləsi var. O, hər ay olaraq Ərkivan Bələdiyyəsinin hesabına zibillərin daşınması üçün pul köçürdür. X3 mənzil kommunal təsərrüfat istehsalat birliyi ilə müqaviləsi olduğundan, həmin idarənin işçiləri hər gün sübh tezdən zibil qablarının yanına qoyulmuş zibilləri yığışdırırlar. Ona protokol yazılan gün Masallı mənzil kommunal təsərrüfat istehsalat birliyinin avtomobili xarab olduğundan zibillərin götürülməsində gecikmələr olduğundan ərazidə zibillər görsənmişdir. O, protokol yazan əməkdaşa hadisənin necə baş verdiyini bildirmişdir. X4 sədri və digər əməkdaşlarla əlaqə saxlamasını xahiş etmişdir. Ekologiyanın əməkdaşı Ərkivan Bələdiyyəsinin əməkdaşı və Masallı mənzil kommunal təsərrüfat istehsalat birliyinin nümayəndəsi ilə mobil telefon vasitəsi ilə əlaqə saxladılar. Hər iki nümayəndə ekologiyanın əməkdaşına başa saldı ki, hər gün ərazidən zibilləri götürürlər. Mahir Şamiyev aylıq müqavilədə göstərilmiş pulu tam şəkildə ödəyir. Masallı mənzil kommunal təsərrüfat istehsalat birliyinin avtomobili xarab olduğundan zibillərin götürülməsi gecikmişdir. Yaxın 1 saat ərzində zibillər götürüləcəkdir. Ekologiyanın əməkdaşı telefonu söndürən kimi ona ədalətsizcəsinə protokolu yazmışdır. Həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, qeyd edilən qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 tərəfindən tərtib edilmiş 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətdə qeyd edilmiş Masallı rayon Ərkivan Bələdiyyəsi ilə zibillərin daşınması barədə müqaviləsi olması, hər ay Ərkivan Bələdiyyəsinin hesabına zibillərin daşınması üçün pul köçürməsi barədə dəlillər 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 15 noyabr 2023-cü il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir, ona görə də 15 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar