Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2148/2025 16.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx.xx.1976-cı ildə Masallı rayonu Boradigah qəsəbəsində doğulmuş, evli, Masallı rayonu, Boradigah qəsəbəsi, Təbriz küçəsi, ev 94-də qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13 sentyabr 2025-ci il tarixdə Boradigah qəsəbəsində özünə məxsus ov silahı ilə 3 ədəd gərəf cinsindən olan quşu ovlayaraq ov qaydalarını kobud şəkildə pozması aşkar edilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN Masallı Rayon Polis şöbəsinin polis sahə rəisi X2 tərəfindən 01 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, silah ona məxsusdur, bununla bağlı sənədidə vardır. Özüdəki 15 ildir şəkər xəstəsidir, insulindən asılı vəziyyətdədir. Heç bir sosial müavinət almır. İş yeridə yoxdur. O, həkim məsləhəti ilə xəstəliyi ilə bağlı hərəkət etmək məqsədi ilə hər gün, gün ərzində yaşadığı məntəqədən kənarda təbiətdə 6-7 kilometr piyada gəzir və özünü vəhşi heyvanlardan qorumaq üçün özünə məxsus ov tüfəngini furaşkasında özü ilə birlikdə götürür. O, adı “qırmızı kitaba” düşmüş quşları heç bir vaxt vurmamış, vurmazda. Gəzdiyi zaman ona gərəf quşu rast gəlmiş oda həmin quşda üç ədəd tüfəngi ilə vurmuşdur. Polis əməkdaşlarıda gəlib onu tutmuşlar və quş vurduqlarını soruşmuşlar oda vurduğunu demişdir. Gərəf quşu olduğunu demiş, tüfəngi və sənədlərini polis əməkdaşlarına vermişdir. Xəstə olduğundan və heç bir yerdə işləyə bilmədiyindən cərimə ödəyə bilməyəcəkdir. Məhkəmədən onun ov hüququndan məhrum edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Masallı RPŞ-nın TB-nin rəisi, polis polkovnik-leytenantı Zaur Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Masallı RPŞnin Boradigah PB-nin polis nəfəri, polis serjantı Tərlan Məmmədov xx.xx.2025-ci il tarixdə PB-nin rəhbərliyinə raportla müraciət edərək, həmin tarixdə Masallı RPŞ-nin Boradigah PB-nin polis nəfəri, polis serjantı Ruslan Məmmədovla xidmətdə olan zaman Masallı rayon Boradigah qəsəbəsi ərazisində yerləşən örüş sahəsində, iki nəfər şəxsin ov tüfəngi və hər birinin ayrı-ayrılıqda 3 ədəd ovlanmış çöl quşu ilə, digər bir nəfər şəxsin isə ov tüfəngi ilə hərəkətdə olduğunu görüb, həmin şəxsləri RPŞ-yə dəvət etdiklərini bildirmişdir. Boradigah PB-də həmin şəxslərin Masallı rayon Boradigah qəsəbə sakinləri, X1, Şəxs və X7 olması müəyyən edilmişdir. Daxil olmuş raport Masallı RPŞ-nin Boradigah PB-də “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 499 sayla qeydə alınaraq icraata qəbul edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 07 radələrində Masallı rayonu, Boradigah qəsəbə sakinləri X1 və Ağayev X5 rayonu Boradigah qəsəbəsi ərazisində qanunsuz ov etdiklərinə görə, Masallı rayonu, Boradigah qəsəbə sakini X7 isə mülki silahın daşınması qaydasını pozduğuna görə Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Boradigah PB-nə gətirilmişdir. Aparılmış araşdırma zamanı alınmış izahatlardan müəyyən olunmuşdur ki, Əliağa Rzayev 03 ədəd cürə (gərəf) növlü və Şəxs 03 ədəd cürə (gərəf) növlü çöl quşlarını müvafiq icazə sənəti olmadan ovlamış, həmçinin Fuad Bayramov mülki silahın daşınması qaydasını pozmuşdur. X1 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin (Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulması) tərkib əlamətləri olduğundan, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinin (müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) tərkib əlamətləri olduğundan, həmin şəxslərin barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin Boradigah PB-nə göndərilməlidir. İş materiallarında olan 17 sentyabr 2025-ci il mütəxəssis rəyindən görünür ki, Masallı rayonu Boradigah qəsəbə sakinləri Əliağa Rzayev tərəfindən 3 ədəd və Şəxs tərəfindən 3 ədəd ovlanmış çol quşlarına baxış keçirdilmişdir. Baxış zamanı həmin quşların cürə (gərəf) növündən olması müəyyən olunaraq hər bir quş dəyəri 5,5 (beş onda beş) manat olmaqla təbiiətə dəymiş ziyan məbləği Əliağa Rzayev tərəfində 16,5 (on altı onda beş) manat və Şəxs tərəfində 16.5 (on altı onda beş) manat müəyyən olunmuşdur. İş materiallarında olan Masallı RPŞ-nın TB-nin təhqiqatçısı, polis baş leytenant X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğundan onun inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, 12 kalibrli, “Ata-arms” markalı, 16/D12825 nömrəli yivsiz lüləli ov silahı saxlanılması üçün Masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə verilməsi, Qərarın surəti maraqlı tərəfə göndərilməsi, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi, Toplanmış material Masallı RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şəxs 12 kalibrli, “Ata-arms” markalı, 16/D12825 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi ilə bağlı 619 saylı şəhadətnaməsi və Şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür (12/76 nömrəli ovçuluq bileti). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, işə əlavə edilmiş inzibati xəta haqqında 01 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi, xx.xx.2025-ci il tarixli raport və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşmançılığını məsuliyyəti yüngüləşdirilən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə ov silahının Şəxs mülkiyyətində olmaqla qanuni surətdə əldə etməsini, ilk dəfə inzbati xəta törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq silahın müsadirə olunmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs aşkarlanaraq götürülmüş 03 ədəd cürə (gərəf) adlı çöl quşları dövlət nəfinə müsadirə edilməklə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində 6 (altı) ay müddətə ov hüququnun məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin maddənin sanksiyası çərçivəsində ondan götürülmüş 12 kalibrli, “Ata-arms” markalı, 16/D12825 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməməklə 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. 12 kalibrli, “Ata-arms” markalı, 16/D12825 nömrəli yivsiz lüləli ov silahı sahibi Şəxs qaytarılsın. Şəxs aşkarlanaraq götürülmüş 03 ədəd cürə (gərəf) adlı çöl quşları dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2148/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2148/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver