Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2162/2024 12.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Türkmənistan Respublikası, Krasnovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.8-ci maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 30 noyabr 2024-cü il tarixli protokola əsasən Şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi «Ford Transit» mikroavtobus markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X3 tərəfindən 22 noyabr 2024cü il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, «Ford Transit» mikroavtobus markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobil həmkəndlisi X4 məxsusdur. 28 oktyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Göytəpə-Qızılağac avtomobil yolunun Məmmədxanlı kəndindən keçən hissəsində Mühasir Qasımov yorğun olduğundan «Ford Transit» mikroavtobus markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobili o, idarə etmişdir, Mühasir isə qabaq sərnişin oturacağında oturmuşdur. Qızılağac kəndiu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən Həsənli kəndindən yola qəflətən su maşını çıxdığından nəqliyyat vasitəsinə arxadan dəyməmək üçün sola manevr edib qarşı hərəkət zolağına keçib Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2106” markalı, **-NK-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Orada toplaşan şəxslərlə köməkləşib “Vaz 2106” markalı, **- NK-*** dövlət nömrə nişanlı avtomaşında olan şəxsləri aşağı endirmişlər və təcili tibbi yardım maşını ilə xəsarət alan şəxsləri Masallı rayon Mərkəzi xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxsin avtomobilinə dəymiş ziyanı ödəmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək cərimə cəzasını tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, onun 28 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində Masallı şəhəri, H.Əliyev prospektində dayanacaqda övladları və qonşu uşağı ilə birlikdə marşurut avtobusu gözləyərkən həmkəndlisi Niyaməddin Muxtarov idarə etdiyi “Vaz 2106” markalı, **-NK-*** dövlət nömrə nişanlı avtomaşını saxlamış və onları apamağı təklif etmişdir. Niyaməddin özünü pis hiss ediyindən avtomaşını idarə etməsini xahiş etmişdir. Niyaməddin Muxtarov qabaq sərnişin oturacağında, övladları Şəbinə Həsənova, Rəhim Həsənov və qonşu uşağı Zəhra Muxtarova arxa oturacaqda əyləşmişlər. Göytəpə-Qızılağac avtomobil yolu ilə hərəkətdə olarkən yolun Məmmədxanlı kəndindən keçən hissəsində qarşı hərəkət zolağında olan su avtomaşınını ötmək istəyən “Ford Transit” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomaşın onun hərəkətdə olduğu yol zolağına keçib idarə etdiyi avtomaşınla toqquşmuşdur. Ora toplaşan şəxslər onları avtomaşından çıxardaraq təcili tibbi yarım maşını ilə Masallı rayon Mərkəzi xəstəxanasına aparmışlar. O, hadisə zamanı avtomaşını 60 km/saat sürəti ilə idarə etmişdir. Hadisə nəticəsində “Vaz 2106” markalı, **-NK-*** dövlət nömrə nişanlı avtomaşına 1832 (min səkkiz yüz otuz iki) manat maddi ziyan dəymiş və həmin ziyan tam olaraq ödənilmişdir. Şəxs qarşı şikayət və tələbi olmadığını bildirərək ona cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin 06 noyabr 2024-cü il tarixli, 1011 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində olan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, avtomobil qəzası zamanı avtomobilin salonundakı hisssələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 28 oktyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin 06 noyabr 2024-cü il tarixli, 1012 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində olan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, avtomobil qəzası zamanı avtomobilin salonundakı hisssələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 28 oktyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin 06 noyabr 2024-cü il tarixli, 1013 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində olan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, avtomobil qəzası zamanı avtomobilin salonundakı hisssələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 28 oktyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin 06 noyabr 2024-cü il tarixli, 1014 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, avtomobil qəzası zamanı avtomobilin salonundakı hisssələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 28 oktyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 328.1-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, taksi fəaliyyət ilə məşğul olduğunu, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2162/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2162/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver