Məhkəmə qərarları › İş №3(050)-2164/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2164/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2164/2024 16.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-cü ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri, Natəvan küçəsi, ev 25-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 28 noyabr 2024-cü il tarixdə saat 01:58 radələrində idarə etdiyi “OPEL ASTRA minik” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq içkili olduğunu bildirmişlər. O, isə içkili olmadığını bildirmişdir. Hətta öz etirazını bildirmiş və onu xəstəxanaya aparıb müayinə etdirmələrini xahiş etmişdir. Lakin polis əməkdaşları onu xəstəxanaya aparmayaraq alkotestrdən keçirmişlər. O, polis şöbəsindən çıxdıqdan dərhal sonra Lənkəran rayonunda yerləşən Narkoloji xəstəxanaya müraciət etmişdir və oradan müayinədən keçmiş və ona sərxoş olmaması ilə bağlı sənəd verilmişdir. Məhkəmədən barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. İşə əlavə olunmuş Masallı rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 28 noyabr 2024-cü il tarixdə 01:58 radələrində idarə etdiyi “OPEL ASTRA minik” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən (alkotestrdən) görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.418 %) Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 28 noyabr 2024-cü il tarixli 001676 saylı aktda qeyd olunmuşdur ki, 28 noyabr 2024-cü il tarixdə, saat 03:58-də Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri inzibati materiala əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 28 noyabr 2024-cü il tarixdə, saat 03:58-də sərxoş vəziyyətdə olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin eyni tarixdə, saat 03:58-də birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə tərtib olunmuş 28 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2024-cü il tarixli qəbz, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar