Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2172/2024 27.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qərara xitam verilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon Polis şöbəsindən daxil olmuş İXP ******* nömrəli 24 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «Toyota Prius» minik markalı, **-MA- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ərzində ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 22791500 nömrəli, 05 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,Şəxs 30 iyul 2024-cü il tarixdə «Toyota Prius» minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili Nərimanov - 20 Yanvar küçələrinin kəsişməsində idarə edərkən yol hərəkəti haqqinda qanunun tələbinin pozulmasına görə, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Masallı rayon Məhkəməsinin 3(050)-2172/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Sonradan Şəxs vəsatətlə məhkəməyə müraciət edərək cəriməni və ona hesablanmış dəbbə pulunu ödədiyindən Masallı rayon Məhkəməsinin 3(050)-2172/2024 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş qəbzdən görünür ki, EQ 22791500 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə Şəxs tərəfindən 128 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Şəxs tərəfindən EQ 22791500 nömrəli inzibati tənbeh haqqında qərar üzrə 80 məbləğində cərimə məbləği və ona hesablanmış 48 manat dəbbə pulu tam şəkildə ödənildiyindən vəsatət təmin edilməli, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Masallı Rayon Məhkəməsinin 3(050)-2172/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Şəxs cəriməni və ona hesablanmış dəbbə pulunu ödədiyindən nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Masallı rayon Məhkəməsinin 3(050)-2172/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2172/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2172/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver