Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2173/2023 19.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(050)-3/2023 saylı qərardan və 17 noyabr 2023-cü tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E320 CDİ minik” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göytəpə-Qızılağac avtomobil yolunun Masallı rayonu Ləngan kəndi ərazisindən keçən hissəsində Cəlilabad rayonu Göytəpə şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan həmkəndlisi Masallı rayonu Əhmədli kənd sakini X36 idarə etdiyi “Hyundai Sonata” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək məqsədilə əks hərəkət zolağına çıxaraq hərəkətinə davam edərkən əks hərəkət zolağında Qızılağac kəndi istiqamətində yolun sol ehtiyat hissəsilə asfalt yolun birləşdiyi yerdə əvvəllər tanımadığı Masallı rayonu Qarğalıq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X24 məxsus “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun dayanmış vəziyyətdə olmasını görüb idarə etməni itirərək idarə etdiyi avtomobili əvvəlcə Tofiq Əliyevin idarə etdiyi “Hundai Sonata” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qanadına ehtiyatsızlıqdan vuraraq onu avtomobil yolunun hərəkət hissəsindən kənara çıxarmış, daha sonra Yadigar Qənbərova məxsus dayanmış vəziyyətdə olan “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu aşırmış, nəticədə “Mercedes Benz 207D” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X6 qamış sümüyünün yuxarı 1/3-nin oynaq daxili, qəlpəli açıq yerdəyişən, incik sümüyünün orta 1/3nin yerdəyişmiş sınığı, sınıq nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və həmin nəqliyyat vasitəsində sərnişin qismində olan X9 pəncənin travmatik qopması, sağ baldır sümüklərinin yerdəyişən açıq sınıqları kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, X8 qarnın qapalı küt travması, dalağın patlaması, qara ciyərin zədələnməsi və daxili qanaxma kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, X27 onurğanın boyun şöbəsinin qapalı travması, 4-cü və 5ci boyun fəqərəsinin cisminin qəlpəli yerdəyişmiş sınığı, sağ və sol baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, X7 dirsək sümüyünün orta 1/3 -nin yerini dəyişmiş qapalı sınığı, burun sümüyünün yerini dəyişmiş sınığı və sol baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, X11 ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, X1 mil sümüyünün yerdəyişmiş sınığı və sağ baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, X12 ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, X4 bud sümüyünün orta 1/3-nin köndələn yerdəyişən qapalı sınığı və başın alın nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya və X5 ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Lakin o, zərərçəkmişlərlə barışdığından və onlara dəymiş ziyanı ödədiyindən cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. İnzibati xəta haqqında işə Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(050)-3/2023 saylı qərarından görünür ki, Şəxs zərərçəkmişlərlə barışdığından və onlara dəymiş ziyanı ödədiyindən onun barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(050)-3/2023 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 527 nömrəli rəyindən görünür ki, Şəxs qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, başın alın nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin sağ yan hissəsinin və sağ bazu nahiyəsinin sıyrığı kimi müəyyən olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 541 nömrəli rəyindən görünür ki, X19 qarnın qapalı küt travması, dalağın patlaması, qara ciyərin zədələnməsi və daxili qanaxma kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 555 nömrəli rəyindən görünür ki, X15 dirsək sümüyünün orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, burun sümüyünün yerini dəyişmiş sınığı və sol baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 580 nömrəli rəyindən görünür ki, X2 mil sümüyünün yerdəyişmiş sınığı və sağ baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 581 nömrəli rəyindən görünür ki, X13 ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 617 nömrəli rəyindən görünür ki, X23 ayağın 4-cü daraq sümüyünün yerdəyişmiş sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 621 nömrəli rəyindən görünür ki, X38 çənə sümüyünün oynaq başının və hər iki cisminin yerdəyişməmiş sınığı, burun sümüyünün və əng sümüyünün yerini dəyişmiş sınığı, sol incik sümüyünün yerini dəyişməyən qapalı sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 622 nömrəli rəyindən görünür ki, X16 qamış sümüyünün yuxarı 1/3-nin oynaq daxili, qəlpəli açıq yerdəyişən, incik sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sınıq nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2022-ci il tarixli 378/MEŞ nömrəli rəyindən görünür ki, X20 pəncənin travmatik qopması, sağ baldır sümüklərinin yerdəyişən açıq sınıqları kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 657 nömrəli rəyindən görünür ki, X14 bud sümüyünün orta 1/3-nin köndələn yerdəyişən qapalı sınığı və başın alın nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Masallı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 658 nömrəli rəyindən görünür ki, X39 onurğanın boyun şöbəsinin qapalı travması, 4-cü və 5-ci boyun fəqərəsinin cisminin qəlpəli yerdəyişmiş sınığı, sağ və sol baldır nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(050)-3/2023 saylı qərarı ilə əlaqədar Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün 21 oktyabr 2023-cü il tarixli məktubla qərar Masallı Rayon Polis şöbəsinin YPX-yə göndərilmişdir. xx.xx.2023-cü tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-2173/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2173/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver