Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2178/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2023-cu il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC Masallı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cu il tarixli TP ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC barəsində xx.xx.2023 tarixli AP0212968 saylı protokol tərtib edilmiş və "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 347 maddəsinə (nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) görə qanunsuz olaraq üç yüz manat məbləğində cərimə edilmişlər. "xxxx" MMC-nin mülkiyyətinə keçən müddət ərzində protokolda qeyd edilən **- JC-*** və digər dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələri barədə Masallı RPŞ-nin RYPŞ-nə aidiyyəti nəqliyyat vasitələrini idarə edən sürücüləri barədə mütəmadi olaraq məlumat vermişlər. "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə uyğun olaraq inzibati tənbəh vermə haqqında qərarı yalnız aidiyyəti məhkəmə orqanı verə bilər və şikayət verilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə barədə inzibati tənbeh qərarı qəbul etmək səlahiyyətləri istisnasız olaraq yalnız məhkəmələrin hakimlərinə məxsusdur və digər şəxslər heç bir halda hüquqi şəxslər barəsində inzibati tənbeh haqqında qərar qəbul edə bilməzlər. Şikayət verən "xxxx" MMC-yə və qərarından şikayət verilmiş DİN-nin Masallı DYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC tərəfindən hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən fiziki şəxs haqqında məlumatı 5 gün ərzində vermədiyinə görə İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xətanı törətməsi əsası ilə 300 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, "xxxx" MMC ********** VÖEN-i ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcələnin 18.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcələnin 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcələnin 18.7-ci maddəsinə əsasən bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Həmin Məcələnin 18.8-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcələnin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 135.1.5-2-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi qərar ləğv edilməlidir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı Rayon Polis Şöbəsinin DYPB-nin səlahiyyətli şəxsinin "xxxx" MMC barəsində İXM-nin 18.5-ci maddəsinin tələbləri baxımından inzibati qərar qəbul etmə səlahiyyəti olmamaışdır. Ona görə də həmin qərar ləğv olunmalıdır. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.5-1-maddəsində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. "xxxx" MMC-NİN barəsində olan xx.xx.2023-cu il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında material aidiyyəti üzrə göndərilməsi üçün Masallı rayon polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-2178/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2178/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver