Məhkəmə qərarları › İş №3(050)-2201/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2201/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2201/2025 22.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X5 iştirakı ilə X5 Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X14 şikayət ərizəsi ilə müraciət edərək Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv etməklə inzibati xəta törətmiş X12 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının yuxarı həddində inzibati həbs tətbiq olunması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması və məhkəmə baxışı ilə müəyyən edilmişdir ki, 11 mart 2025-ci il tarixində Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Şahin market” dükanının yaxınlığında, evində keyfiyyətsiz təmir işlərini yerinə yetirmiş Ərkivan qəsəbə sakini X9 təmir işlərində yol verdiyi nöqsanların aradan qaldırılmasını xahiş etdikdə, ona kobud ifadələrlə cavab verərək sifətinə yumruqla zərbə endirmiş, o, da cavab olaraq onu yumruqla vuraraq Rəcəbov Qəribəliyə sifət nahiyəsində xəsarət yetirmişdir. Təbiidir ki, əgər Qəribəli Rəcəbov onu yumruqla vurmasaydı, o, da cavab zərbəsi endirməyəcək və söhbət sakit şəkildə yekunlaşacaqdı. Qəribəli Rəcəbovun hüquqa zidd hərəkətləri aralarında davaya səbəb olmuşdur. X1 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o isə Qəribəli Rəcəbova sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Göründüyü kimi, hadisə eyni vaxtda və eyni məkanda baş vermiş, hüquqa zidd bu hal Qəribəli Rəcəbovun bilavasitə təqsiri üzündən yaranmışdır. Buna baxmayaraq, ibtidai araşdırma orqanı hüquqi təbiəti baxımından eyni xarakterli əməlləri ona münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə, Qəribəli Rəcəbovun əməlini isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə tövsif etmişdir. X12 əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, onun barəsində inzibati tədbir görülməsi üçün ibtidai araşdırma orqanı həmin cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 09 iyul 2025-ci il tarixli qərarının surətini Masallı RPŞ-nin İTB-nə göndərməyi qərara almışdır. Həmin qərarın surətinin Masallı RPŞ-nin İTB-nə göndərilməsindən keçən 3 ay müddətində, inzibati iş üzrə nə o, nə inzibati xəta törətmiş şəxs, nə də hadisə yerində olmuş şahidlər Masallı RPŞ-nin İTB-nə dəvət edilmiş, heç bir izahat alınmamış və inzibati araşdırma aparılmamışdır. Yalnız onun 07 oktyabr 2025-ci il tarixindən başlayaraq Masallı RPŞ-nin İstintaq bölməsinə və İctimai Təhlükəsizlik bölməsinə çoxsaylı müraciətlərindən sonra, 09 oktyabr 2025-ci il tarixində Masallı RPŞ-nin İB-nin rəisi X12 300 (üç yüz) manat inzibati cərimə ödəməsi haqqında qəbzi ona təqdim etmişdir. 11 oktyabr 2025-ci il tarixində isə Masallı RPŞ-nin rəis müavini Elşən Talıbov inzibati xəta haqqında ******* saylı 09 oktyabr 2025-ci il tarixli protokolun, onu tərtib etmiş şəxs tərəfindən imzalanmamış və qanunun tələblərinə zidd şəkildə tərtib olunmuş surətini, habelə inzibati tənbeh vermə haqqında şəxsən qəbul etdiyi ******* saylı 09 oktyabr 2025-ci il tarixli qərarın imzalanmamış və tərtibat baxımından qanunun tələblərinə cavab verməyən surətini təqdim etmişdir. Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2 tərtib etdiyi ******* saylı 09 oktyabr 2025-ci il tarixli protokolda X12 inzibati xətanı 14 mart 2025-ci il tarixində törətməsi göstərilmişdir. Halbuki Masallı Rayon Məhkəməsinin cinayət işi üzrə hökmündə hadisənin 11 mart 2025-ci il tarixində baş verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X14 şikayəti müdafiə edərək bildirdi ki, X12 barəsində inzibati materiallarla tanış olmaq istəyir. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə işdə qərardan şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Sübutların qiymətləndirilməsi və cinayət əməlin tövsif edilməsi haqqında” 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. X13 əməlində Azərbaycan Respublikası X8 157-ci maddəsinin tərkibi olduğundan Qəribəli Rəcəbov barəsində inzibati tədbir görülməsindən ötrü qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. - Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X17 Azərbaycan Respublikası X8 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X17 Azərbaycan Respublikası X8 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati tənbeh edilmişdir. - Masallı Rayon Məhkəməsinin 1(050)-146/2025 nömrəli 23 sentyabr 2025-ci il tarixli hökmündən görünür ki, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Sübutların qiymətləndirilməsi və cinayət əməlin tövsif edilməsi haqqında” 09 iyul 2025-ci il tarixli qərara əsasən X13 əməlində Azərbaycan Respublikası X8 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsindən ötrü qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərara əsasən Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 tərəfindən X13 Azərbaycan Respublikası X8 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəis müavini X16 inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq X13 Azərbaycan Respublikası X8 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati tənbeh edilməsi barədə MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X13 barəsində X8 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsaslar olmamışdır və bununla bağlı X14 tərəfindən heç bir əsas təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X3 MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 13 oktyabr 2025-ci il tarixdə şikayət verdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar