Məhkəmə qərarları › İş №3(050)-2203/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2203/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2203/2024 25.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1964-cü ildə Masallı rayonu, Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 11:40 radələrində “VAZ 21074” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 03 dekabr 2024-cü il tarixdə saat 11:40 radələrində “VAZ 21074” minik markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini Masallı rayonu, Qəzvinoba kəndində yerləşən “Dostluq” marketinin qarşısında saxlamış, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərindən spirtli içki qoxusunun gəldiyini bildirmiş və xüsusi texniki vasitələrin köməyi ilə müayinə edilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirildikdən sonra alkotesterin müayinəsindən keçirilmişdir. Aparılan müayinəyə əsasən onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. O, alkotestrin nəticəsi ilə razı olmadığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasına getmiş orda sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və rəyə əsasən onda alkoqol sərxoşluq vəziyyəti olmadığı müəyyən edilmişdir. Barəsində tərtib olunmuş inzibati protokolla razı deyildir. O, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməmiş, polis şöbəsində etirafedici ifadə verməsinə səbəb polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması olmuşdur. Həmçinin səhhətində olan problemə görə özünü itirmişdir. Sonda Şəxs göstərilənləri nəzərə alıb, məhkəmədən barəsində cərimə ilə əlaqədar inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs 0,693 % promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda Şəxs tərəfindən “nəticə ilə razıyam, 1 bakal pivə içib maşın sürmüşəm” qeydi aparılmışdır. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman alkotestr müayinədən keçirildikdən sonra alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcıda “nəticə ilə razıyam, 1 bakal pivə içib maşın sürmüşəm” qeydini aparması, eləcə də yol patrul ximətinin əməkdaşının sualına cavab olaraq həkim müayinəsinə aparılmasını istəmədiyini deyərək, “özüm gedərəm” ifadəsini işlətməsi, bundan başqa Şəxs alkotestr müayinəsindən keçirilən zaman tam sərbəst olması müəyyən olunur. xx.xx.2024-cü il tarixli, 001070 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs öz şəxsi təşəbbüsü ilə tibbi müayinədən keçmiş, müayinə alkotesterlə aparılmış və rəydə “ayıqdır, alkoqol sərxoşluq vəziyyəti yoxdur” qeydi yazılmışdır. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin DYPB-nin təcrübə üzrə baş inspektoru X1 tərəfindən izahatı alınmış Şəxs göstərmişdir ki, ona məxsus VAZ 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili mağazanın qarşısında saxlayaraq, mağazaya daxil olan zaman yol patrul xidmətinin əməkdaşı ona yaxınlaşmış, onu polis şöbəsinə gətirmiş, orada alkotestr müayinəsindən keçirilmişdir. Həmin vaxt ona bildirmişlər ki, “heçnə yoxdur sadəcə yaz ki, dünən pivə içmişəm”. Ə.İ.İbrahim də onlara inanmış, pivə içdiyini qeyd etmişdir. Sonradan polis əməkdaşlarından şübhələnərək, Lənkəran Şəhər Narkoloji Xəstəxanasına gedərək, həkim müayinəsindən keçmiş və nəticədə onun içkili olmadığı müəyyən olunmuşdur. “İzahatı özüm yazdım, imzamla təsdiq edirəm” qeydini aparmışdır. Məhkəmə inzibati xəta ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, sərxoşluq vəziyyətinin təyin edilməsi barədə alkoltesterin nəticəsi, CD disk, habelə işə əlavə edilmiş digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, bu nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 001070 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktına münasibətdə qeyd edir ki, Şəxs həmin aktı necə və hansı şəraitdə alması məlum deyil, ona görə də məhkəmə aktı mötəbər sübut hesab etmir. İş materiallarında olan CD diskdən aydın olur ki, polis əməkdaşı qanunun tələbinə əsasən Şəxs alkotestr müayinəsindən keçirmiş, nəticəsindən narazı qalmışdırsa, həkim müayinəsinə aparılmasını təklif etmişdir. Lakin Şəxs sərxoşluq dərəcəsinin təyin edilməsi məqsədilə həkim müayinəsindən keçmək istəmədiyini, “özüm gedərəm” ifadəsini işlətmişdir. Belə vəziyyətdə Şəxs polis əməkdaşları ilə deyil, öz şəxsi təşəbbüsü ilə tibbi müayinədən keçməsi aldığı aktın doğruluğu şübhə altına alır. Məhkəmə hesab edir ki, sürücü Şəxs içkili vəziyyətdə olmadığı barədə özünə əmin olsaydı, polis əməkdaşının müşayəti ilə tibbi müayinədən keçərdi. Lakin o, bundan imtina etmişdir. Görünür şəxs hər hansı bir vasitələrlə inzibati məsuliyyətdən yaxa qurtarmağa cəhd etmişdir. Bundan başqa Şəxs polis tərəfindən hədə qorxu gəlinərək, alkotestrin nəticəsini əks etdirən kağız daşıcıya etirafedici qeydlər aparması ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan CD diskdən Şəxs sərbəst şəkildə alkotestr müayinəsindən keçməsi müəyyən olunur. Hədə qorxu ilə bağlı hər hansı izlər aşkar olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilənlər və barəsində inzibati icraat aparılan Şəxs məhkəmədə izahat verərkən, sonda məhkəmədən barəsində cərimə cəzası ilə əlaqədar inzibati tənbeh tətbiq edilməsini xahiş etməsi onu göstərir ki, Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsi tam təkzib olunmaqla yanaşı, onun məsuliyyətdən yaxa qurtarmağa, özünü müdafiə etməyə yönəlmiş hərəkətləridir. Məhkəmə hesb edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərkən, qüvvədə olan qanunvericiliyin tələblərinə tam şəkildə əməl olunmuşdur. Məhkəmə İnzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1 ci maddəsinə əsasən nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2 ci maddəsinə əsasən ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3 ci maddəsinə əsasən özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 27.2-ci maddəsinə əsasən bu məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar