Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2204/2024 24.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1998-ci ildə Yardımlı rayonu Bərcan kəndində doğulmuş, subay, orta təhsilli, Yardımlı rayonu Bərcan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə 15:57 radələrində idarə etdiyi “X5” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, idarə etdiyi “X5” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra müayinə olunması üçün posta dəvət olunmuşdur. Müayinə nəticəsində analizindən metamfetamin aşkar olunmuş, etiraz etməmişdir. Polis əməkdaşlarınada izah etmişdir ki, o, bu yolun yolçusu deyildir. Bir ay öncə avtonəqliyyat hadisəsi törətmişdir. İlk dəfə idiki istifadə etmişdir, heç nə olduğunu belə bilməmişdir. Metamfetamin olmuşdur. İlk dəfədirki narkotik vasitə istifadə etməklə belə bir səhvə yol vermişdir. Hər kəsdə bilir ki, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur və ailəsini dolandırır. Ağılsızlıq edib belə bir səhv etmişdir. Birdə belə səhv etməyəcəkdir. Məhkəmədən barəsində cərimə cəzası tətbiq edilməsini xahiş etdi. İşə əlavə edilmiş Xİ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 15:57 radələrində idarə etdiyi “X5” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş 28 noyabr 2024-cü il tarixli 353 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən metamfetamin qəbulu nəticəsində narkotik sərxoşluq vəziyyəti müəyyən olmuşdur. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən protokoldan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2204/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2204/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver