Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2206/2025 14.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Masallı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 19 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 aprel 2016-cı il təvəllüdlü X1 üçün 06 dekabr 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 19 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 aprel 2016-cı il təvəllüdlü X1 üçün 06 dekabr 2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. İcraata başlama haqqında qərar ilə bildiriş borclu Şəxs göndərilmişdir. Borclunun ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. Borclu 06 yanvar 2025-ci il tarixdə 300 manat aliment ödəsə də, sonrakı aylar ödəniş etməmiş və icra sənədi üzrə cəmi 2700 manat məbləğində borcu yaranmışdır. Borclu yaranmış aliment borcunu ödəmədiyinə görə 2025-ci ilin iyul ayında barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə verilmişdir və Masallı Rayon Məhkəməsinin müvafiq qərarı ilə 500 manat məbləğində cərimə olunmuşdur. Həmin vaxt borclu yaranmış aliment borcunu hər ay 200 manat olmaqla ödəyəcəyinə söz vermiş olsa da, lakin həmin vaxtdan yaranmış aliment borcu ilə bağlı borclu heç bir ödəniş etməmiş, eləcədə məhkəmə qərarı ilə müəyyən edilmiş 500 manat cərimə cəzasınıda ödəməmişdir. Borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, maddi imkanı yoxdur, heç bir yerdə işləmir, nevroz xəstəliyindən əziyyət çəkir, psixotrop dərmanlar qəbul edir. Uşaqlardan biri qız övladı ona verilsin saxlasın. Qardaşları uşağın saxlanılmasında ona köməklik edəcəklər, eləcədə anası onunla birlikdə yaşayır uşağı saxlamaqda ona köməklik edəcəkdir. Maddi imkanı olmadığı üçün cərimə ödəyə bilməyəcəkdir. Məhkəmədən barəsində inzibati qaydada həbs cəzası verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 16(050)-159/2024 saylı icra sənədini üzürlü səbəb olmadan icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 14 oktyabr 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2206/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2206/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver