Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2208/2023 05.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu Lürən kəndində doğulmuş, Masallı rayonu Lürən kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2210/2021 saylı, 17 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 29 iyul 2013-cü ildə anadan olmuş X2 və 24 iyul 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2210/2021 saylı, 17 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 29 iyul 2013-cü ildə anadan olmuş X2 və 24 iyul 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclunun icra sənədi üzrə 6440 manat ödənilməmiş borcu vardır. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədi üzrə ondan iki uşağın yetkinlik yaşına çatana kimi 240 manat aliment tutulması qət edilmişdir. Əvvəllər ödənişlər etmişdir. Anası zəng vurmuş ki, uşaqlara məktəbli forması lazımdır 160 manat pul vermişdir. İcra məmuru onu çağırmış həmin vaxtı pul göndərmişdir. Uşaqları kitab evinə aparmış və onlara nə lazım olmuşsa, sumkasına kimi hər bir şeydən iki ədəd almışdır. Tələbkar bir neçə dəfə padruqasının, başqa tanışının kart nömrəsini demiş oda həmin kartlara pul göndərmişdir. Bazarlıqlarınıda etmişdir. Lakin bir səhvi olmuşdur ki, həmin pulları alıment şəkilində ödəməmişdir və bu gün borcu yaranmışdır. Lakin bir daha belə bir səhvə yol verməyəcəkdir. İcra məmurunun vasitəsi ilə ödəniş edəcəkdir. Övladlarını çox sevir, onlara canını belə verməyə hazırdır. Ölən dəqiqəyə kimi övladları üçün çalışacaqdır. Lakin nevroloji xəstəliklərdən əziyyət çəkdiyi üçün Psixo-nevroloji xəstəxanada müalicə olunmuşdur. Hazırda da müalicə davam edir. Xəstəliyi ilə bağlı yanvar ayından ona pensiya təyin ediləcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, məhkəmənin müvafiq icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 240 (iki yüz qırx) manat məbləğində aliment ödənilməlidir. Lakin borclu borcunu ödəməmişdir. Hazırda isə elə danışır ki, elə bil hər bir şey etmişdir. O, iki uşağı ilə kirayədə qalır. Özüm işləsə də, belə borcluda bir valideyn kimi övladlarına köməklik etməlidir. İstədiyi zaman övladlarını görə bilir, o isə buna etiraz etmir. İkinci dəfə ailə həyatı qurmuşdur. Lakin borclu bunu qəbul etmir, problemlər yaradır. Onun əlindən rahatlığı yoxdur, yaşamağa imkan verir. Heç bir aliment pulu ödəmir. Borcludan borcunu tələb edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2208/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2208/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver