Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-221/2024 05.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən), Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan İnzibati xatanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir xx.xx.2024-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinin DYPB-nin rəisi Asəf Mustafayev 05.02 2024-cü il tarixli, 3-13-97/2-4877/2024 nömrəli məktubla müraciət edərək, Şəxs İXM-nin 529.3-cü maddəsi barədə materiala baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə RPŞ-dan daxil olmuş inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddələrinə əsasən məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-221/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-221/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver