Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2210/2025 29.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Astara rayonu, Burzubənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 349.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala audio-video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Yol-Patrul Xidməti Alayı tərəfindən daxil olmuş 12 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs 12 oktyabr 2025-ci il tarixdə, saat 10:21 radələrində Ələt-Astara-İran yolu 174 kilometrliyində “Mercedes Benz” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Ələt-Astara-İran yolunda özünə məxsus “Mercedes Benz” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman YPX əməkdaşı onu saxlamış və sənədlərini tələb etmişdir. Polis əməkdaşına sənədlərini təqdim etmişdir. Sənədinə baxış keçirildikdən sonra polis əməkdaşı maşının ön hissəsinə baxmışdır. Həmin vaxt əyilib nəsə etmiş, amma nə etdiyini dəqiq bilməmişdir. Məhkəməyə yalan danışmaq istəmir. Daha sonra polis əməkdaşı ona maşının nömrəsinin bağlı olduğunu bildirmişdir. O həmin vaxt nömrəsinə fikir verməmişdir. Bundan sonra yaxınlıqdakı yol patrul xidməti postuna aparılmışdır. Həmin vaxt o geri qayıdaraq nömrəsinə fikir vermişdir. Orada hər hansı kağız olmadığını görmüşdür. Çünki daha əvvəl polis əməkdaşı kağızı qopartmışdır. O, ümumiyyətlə nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanın görməsini çətinləşdirən hər hansı predmetdən istifadə etməmişdir. Ola bilər ki, külək nəticəsində kağız qeydiyyat nömrə nişanına yapışıb qalmışdır. Polis əməkdaşı ona təziq təsir göstərmiş və ona etirafedici ifadə verməyə məcbur etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, İnzibati Xətalar haqqında iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. CD diskdə olan video görüntülərdən görünür ki, xx.xx.2025-ci il tarixdə M-3, E-119, AH-8 Ələt-Astara-İran yolu 174 km istiqamətində hərəkətdə olan “Mercedes Benz” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hisəsində yerləşən dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edilmişdir.
2. Şəxs DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində yazdığı xx.xx.2025-ci il tarixli izahatda qeyd etmişdir ki, Mercedes Benz” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı maşınla Masallı postunda saxlanılmışdır. Yoxlama zamanı avtomaşının nömrəsinin kağız parçası ilə bağlanıldığı məlum olundu. Əməlindən səmimi peşman olduğunu bir daha belə səhvlərə yol verməyəcəyinə söz vermişdir. Məhkəmə hesab edir ki, əsaslılığı heç bir şübhə doğurmayan videogörüntülər tərtib edilmiş protokolla inzibati xətanın mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Tərtib edilmiş protokoldan və protokola əlavə edilmiş materiallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə M-3, E-119, AH-8 Ələt-Astara- İran yolu 174 km istiqamətində hərəkətdə olan “Mercedes Benz” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön dövlət nömrə nişanı görünüşünü çətinləşdirmək məqsədilə ağ rəngli kağız ilə bağlamışdır. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun; 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Həmin Qanunun 27-ci maddəsinin XVİİ hissəsinə əsasən dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə, İXM-nin 342.9-cu maddəsinin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirə edilməsi də nəzərdə tutulsa da, hazırki işdə inzibati xəta törədən şəxs dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən ağ kağız parçasından istifadə etdiyindən həmin kağızın müsadirə edilməsinə zərurət olmadığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ellara Abbasova