Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2212/2025 29.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin polis kapitanı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin polis kapitanı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Ona yazılmış qərarla razı deyil. Qərar əsassız və qanunlara zidd yazılmışdır. Aşağıdakı fikirləri ilə qərarın qanunsuz olduğunu sübut edəcəkdir. xx.xx.2025-ci il tarixdə saat 08:30 radəİərində evindən küçəyə çıxmış, yolda surət 30-40 olan ərazidə tanımadığı şəxs idarə etdiyi avtomobili ilə onun avtomobilini vurmuşdur. Qarşı tərəfin surəti hardasa 80-100 arası olmuşdur. Hadisə yerində yüngül mübahisə etdikdən sonra DİN 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Əraziyə polis əməkdaşlarının gəlməsini və hadisə yerinin ölçübilçi işlərinin aparılaraq təqsirin kimdə olmasının aydınlaşdırılmasını xahiş etmişdir. Üzərindən bir müddət keçdikdən sonra polis serjantı adını sonradan bildiyi Qoşqar adlı şəxs hadisə yerinə gələrək avtomobillərin foto şəkillərini çəkərək Şəmşir adlı iş yoldaşına göndərmiş və onlara bildirmişdir ki, polis şöbəsinin inzibati binasına gedərək Şəmşir adlı şəxsə yaxınlaşın. O, polis şöbəsində Şəmşir adlı şəxsə yaxınlaşmış, sənədlərini ondan götürmüş və onun barəsində cərimə yazılacağını və işin məhkəməyə gedəcəyini bildirmişdir. O, ona etiraz etmiş, hadisədə günahının olmadığını, qarşı tərəfin surətinin həddindən artıq olduğunu, idarə etməni itirdiyindən qəza törətdiyini bildirmişdir. Həmçinin sizin vəzifə borcunuz hadisə yerinə gələrək təqsirin kimdə olması barədə ərazidə ölçü işlərinin aparılmasından ibarət olduğunu bildirsə də nəticə verməmişdir. Şəmşir ona bildirmişdir ki, çox danışırsan, polisə müqavimətlə səni sənədləşdirib məhkəməyə göndərərəm. Sürücülük vəsiqəsi əlindən alaraq onu məcburi qaydada polisin inzibati binasından çıxartmışdır. Hadisənin üzərindən uzun müddət keçməsinə baxmayaraq halhazırdək sürücülük vəsiqəsi Şəmşir adlı polisdən ala bilmir. Sonradan məlumatı olmuş ki, barəsində hazırki qərar yazılmışdır. Yəni hörmətli məhkəmə o, heç bir qaydanı pozmayarq barəsində haqsız olaraq qərar qəbul edilir. O, qərar ki, heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozması barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim etsinlər. Heç bir təqsiri olmadan ona qərar yazılmışdır. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Qanunun tələblərinə görə X3 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm - insan rifahının, sosial institutların qiymət meyarının qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. Qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, yaşadığı məhəllədə qarşıdan gələn avtomobil onu avtomobilini vurmuşdur. Oda DİN-nin 102 xidmətinə zəng vurmuşdur ki, yol polis əməkdaşları gəlsinlər. Yol polis əməkdaşı Qoşqar başqa bir tanımadığı polis əməkdaşı ilə birlikdə gəlmişdir. Maşının şəkilini çəkmiş və onların sənədlərini almış və inspektor Şəmşir məllimin yanına getmələrini demişdir. Oda avtomobilini idarə edərək polis şöbəsinə getmişdir. Şəmşir müəllimin yanında olmuş, Şəmşir sənədləri yazmış və ona hadisənin necə olmasını yazmasını demişdir. O, isə yazısının yaxşı olmadığını dostunu dəvət edib onun yazmasını bildirmiş, lakin ona “olmaz ya özün yaz yada get vəkil tut, yada verirəm məhkəməyə” demişdir. Oda necə məsləhətdisə etsin demişdir. Daha sonra ondan pul istəmişlər, o, isə pulunun olmadığını, nə üçün pul verməli olduğunu, onlara pul verməyəcəyini demişdir. Bundan sonra ona sənədlərinin məhkəməyə göndəriləcəyini demişdir. 3 gündən sonra gedib sürücülük vəsiqəsini istəmişdir. Ona sürücülük vəsiqəsinin toplanmış sənədlərlə birlikdə məhkəməyə gedəcəyini, məhkəmədən ona məktub gələcəyini çıxıb getməsini demişdir. Oda razılaşıb getmişdir. 3-4 gün sonra telefonuna SMS gəlmiş, SMS-ə daxil olduğu zaman 100 manat cərimə olunduğunu görmüşdür. Təkrar polis şöbəsinə gedib 100 manat cərimə yazdıqlarını deyərək sürücülük vəsiqəsinin verilməsini və əgər sənədləri məhkəməyə göndəriləcəkdisə nə üçün 100 manat cərimə olunduğunu demişdir. Şəmi məllim sənədlərinin hələ göndərmədiyini, 100 manat ona cərimə yazdığını, 50 manatda versin sürücülük vəsiqəsini ona versin çıxıb getsin. Oda “mənim sənə veriləsi pulum yoxdur” demişdir. Hazırdada sürücülük vəsiqəsi polis şöbəsindədir. Sürücülük vəsiqəsini tələb edir. Şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. Masallı RPŞ tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi və foto şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə sürücü X5 idarə etdiyi VAZ 2106 markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək yaşadığı evin həyətindən küçəyə çıxıb manevr etmə qaydalarını pozaraq küçə ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi VAZ 2107 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd edilmişdir ki, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı Rayon Polis şöbəsinin X9 bölməsinin rəisi, polis mayoru X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında qərarla, hadisə ilə bağlı təqdim edilmiş yolnəqliyyat hadisəsinin sxemi və foto şəkillərlə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Masallı Rayon Polis şöbəsinin X9 bölməsinin rəisi, polis mayoru X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2212/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2212/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver