Məhkəmə qərarları › İş №3(050)-2217/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2217/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2217/2023 06.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Masallı şəhəri, Seybətin küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Seybətin küçəsində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə oğlu Məhəmməd gəlib ona demişdir ki, Elmin aralarında olan borcla bağlı mübahisə zamanı Elmin ona bir sillə vurmuşdur. Bununla bağlı həmin gün Elminin yaşadığı ünvana getmiş və bu barədə danışmışlar. Həmin vaxt Elminin atası onu danlamışdır. Bundan sonra o, onların həyətindən çıxmışdır. Həyətdən çıxdığı zaman Elmin atasına vurulmalı idi vurmuşam dediyini eşitmişdir. Bu eşitdikdən sonra Elmini küçəyə çağırmışdır. Elmin küçəyə çıxdığı zaman isə aralarında mübahisə olmuşdur. Mübahisə zaman aralarında dava-dalaş olmuş və o, Elmini Elmin isə onu vurmuşdur. Daha sonra oğlu daş atmış Elminin dodağına dəymişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, əslində Məhəmmədin deyildə Rasimin ona borcu olmuşdur. Belə ki, Qurban Bayramı zamanı Rasim ona zəng vuraraq Məhəmmədə 50 manat pul verməsini, işlədiyi yerdən pul aldıqdan sonra qaytaracağını demişdir. Qonşu olduqları üçün pulu vermişdir. Bir müddət sonra Rasim ondan Məhəmmədin ona borcu olub-olmadığını soruşmuşdur. O, isə borcu olmadığını demişdir. Səbəb isə Məhəmmədin ona pulu atasında alıb ona verəcəyini deməsi olmuşdur. Sonradan Məhəmmədi hər dəfə gördüyü zaman pul idtəmiş, lakin Məhəmməd müxtəlif bəhanələr edərək pulu verməmişdir. O, Rasimi gördüyü zaman bu barədə ona demişdir. Rasim isə ona “səndən Məhəmmədin sənə borcunun olub-olmamasını soruşdum axı dedinki yoxdur” demişdir. Oda cavabında Rasimə əslində Məhəmmədin yox onun ona borcu olduğunu, lakin Məhəmməd “atamdan alıb verəcəm dediyi üçün mən sizə demədim, indi isə Məhəmməd həmin pulu vermir deyə sizə deyirəm” deyə demişdir. Rasim isə cavabında pulu Məhəmməddən istəməsini demişdir. Bundan sonra o, Məhəmmədi hər dəfə gördüyü zaman demiş, lakin Məhəmməd pulunu verməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Məhəmmədi bazarda görmüş, həmin vaxt Məhəmmədin əlində təzə telefon olmuşdur. Məhəmməddən niyə borcunu vermədiyini soruşmuşdur. Məhəmməddə pulu olanda verəcəyini hazırda pulunun olmamasını demişdir. Oda Məhəmmədə “təzə telefon işlədirsən pulumu vermirsən” demişdir. Bu zaman aralarında mübahisə olmuş, Məhəmməd onun üzərinə cummuş oda Məhəmmədi özündən uzaqlaşdırmaq üçün itələmişdir və demişdir ki, “atana deyərsən pulumu versin”. Lakin həmin vaxt Məhəmmədi vurmamışdır. Çünki Məhəmməd ondan 12 il balacadır. Həmin günü evdə olduğu zaman saat təxminən 17 radələrində Rasim onu çağırmışdır. Oda küçəyə çıxmışdır. Həmin vaxt Rasim ona Məhəmmədi niyə döydüyünü demişdir. Oda cavabında vurmadığını demiş və sözünə davam edərək borcunun verilməsini demişdir. Bununla bağlı aralarında söz-söhbət olmuşdur. Daha sonra həyətə girmişlər. Həyətdə pul məsələsi ilə bağlı atası onu danlamışdır. Oda atasına daha pulu istəməyəcəyini demişdir. Əsəbləşdiyi üçün atasına Məhəmmədin vurulmalı olduğundan vurduğunu demişdir. Amma Məhəmmədi vurmamışdır. Bundan sonra yenədə küçəyə çıxmışlar, həmin vaxt söyüş söydükləri üçün aralarında mübahisə olmuş və Rasim onun boğazından yapışaraq ona yumruq atmışdır. Həmin vaxt Rasim ona xəsarət yetirmişdir. Eyni zamanda Məhəmməd daş ataraq onun dodağını partlatmışdır. Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir. Rasimə qarşı şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan sübutların qiymətləndirilməsi haqqında qərarda qeyd olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 559 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxsun bədəni üzərində, aşağı dodağın sol yarısının bayır və iç hissəsinin əzilmiş yarası, aşağı dodağın sol yarısının bayır səthinin sıyrığı və sol bazunun orta 1/3 hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk tük əşyanın təsirindən törədilmişdir, daşla vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023cü il tarixə uyğun gəlir, dərəcəsinə görə aşağı dodağın sol yarısının bayır və iç hissəsinin əzilmiş yarası, aşağı dodağın sol yarısının bayır səthinin sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, sol bazunun orta 1/3 hissəsinin qançırı isə sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Əli Axundzadə tərəfindən 06 dekabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi ilə yanaşı onun əməli Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatı, inzibati xəta haqqında protokol, sübutların qiymətləndirilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar